Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Onlar Azərbaycan futbolunun düşmənləridir” KONKRET

Rəşad Sadıqov: “Onlar Azərbaycan futbolunun düşmənləridir” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Bu gün süni ot örtüyü çətinlklər yaradırdı. Buna baxmayaraq, futbolçularım istəkli, intizamlı idilər. Bilirdilər ki, sonuncu yerin müqəddəratı həll olunur. Biz peşəkarlığı qoruduq”. 

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXXIV turunda “Səbail”lə oyundan (1:0) sonra bildirib.

Təcrübəli çalışdırıcı “Zirə”də çalışdığı 5 ili şərh edib: “Əslində, bu mövzuya bir mətbuat konfransı yetməz. Bu mövsüm nə qədər xal qazanmağımızın fərqi yoxdur. Ötən il 55 xal toplamışdıq. Amma fərqi yoxdur 70, 90 xal yığaq. Qarşımızda 2-ci yeri tutmaq vəzifəsi qoyulmamışdı. İstərdik ki, imkan daxilində daha çox qələbələrimiz olsun. Bizdə bəzən yalnız 90 dəqiqənin necə bitməsi müzakirə olunur. Lakin nəticələr geniş müzakirə edilməlidir. Mənim çalışdığım müddət ərzində ən pis nəticə 5-ci yeri tutmağımız olub ki, onda da 4-cü pillədəki komanda ilə eyni xalı yığmışdıq. Bu mövsüm hakim səhvləri də azalıb. İndi klublar nadir hallarda şikayətlənirlər. İki dəfə kubokun finalında oynadıq, “Qarabağ” kimi rəqibə uduzduq. Təbii ki, bizim də səhvlərimiz, xətalarımız var idi. Hər dönəmin öz “Zirə”si olub. Bilmirik gələn il necə olacaq. Bəlkə də eyni oyunu göstərib, 5-ci yeri tuta bilərik. Bəs onda necə olacaq? Bu, uğurlu nəticə sayılacaq, ya yox? İstənilən halda, bütün azarkeşlərimizə təşəkkürümü çatdırıram. 7-8 turda eniş dövrü olsa da, bizə dəstəklərini əsirgəmədilər, qarda, yağışda, qızmarda bizimlə oldular”.

R.Sadıqov özünütənqid barədə də danışıb: “Bəzən qalib gəldiyimiz oyunlarda belə səhvlərimizi axtarırıq. Ötən ilin yayında avrokuboklardan sonra eniş yaşadıq. 7-8 tur narahat idik. Xüsusilə mental hazırlıq baxımından problem var idi. Əvvəlki 4 ildə qış fasiləsindən sonra, yəni 3-cü dövrədə eniş olurdu. Bu dəfə 3-4-cü dövrə uğurlu alındı. Sadəcə, bəzi oyunlarda ikinci hissəyə uğurlu başlaya bilmirdik. Mental cəhətdən eniş zamanı da səhvlərin çoxunu özümdə görürdüm”.

Baş məşqçi Azərbaycanda kifayət qədər istedadlı futbolçu olduğunu vurğulayıb: “Son 10 ildə bəlkə də 50 istedadlı oyunçunu itirmişik. 2017 və ya 2018-ci ildə U-19 yığmalarının Avropa çempionatının elit raundunda həlledici görüş Azərbaycan və Gürcüstan arasında idi. Biz həmin matçda qələbə qazandıq. O zaman Gürcüstan komandasının heyətində forma geyinən Xviça Kvaratsxeliya PSJ ilə Çempionlar Liqasının finalına yüksəldi. Bizim futbolçular isə Azərbaycan çempionatından kənara çıxa bilmirlər. “Azərbaycanda futbol yoxdur” deyiənlər Azərbaycan futbolunun düşmənləridir. Bizdə futbol da var, istedadlı oyunçular da. Təəssüf ki, müəyyən dövrdə buraxılan səhvlərə görə istedadlı yetirmələri itiririk, onlar böyük futbolçu kimi yetişə bilmirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 May 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri