Icma.az
close
up
RU
“Rəşadət” ordeni nədir? Aydan Rəhimli ona layiq görülən ilk qadın oldu

“Rəşadət” ordeni nədir? Aydan Rəhimli ona layiq görülən ilk qadın oldu

Icma.az bildirir, Modern.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Sərəncamla qəza zamanı sağ qalan təyyarənin ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:

Bəs “Rəşadət” ordeni hansı statusu daşıyır:
Modern.az bunu araşdırıb.

2017-ci ilin dekabrında Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsis edilməsi haqda qanunu təsdiqləyib.
Bu ordenlə adətən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif olunurlar. Orden aşağıdakı hallarda verilir:

– Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

– əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;

– Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə;

– həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;

– fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;

– dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.

“Rəşadət” ordeninin üç dərəcəsi var. 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcəlidir.

Ordenin dərəcələri ardıcıllıqla verilir.

Orden döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda “Azərbaycan bayrağı” ordenindən sonra taxılır.

“Rəşadət” ordeni hər bir guşəsi qabarıq ikipilləli formalı, diametri 40 mm olan səkkizguşəli ulduz şəklində lövhədən ibarətdir. Ulduzun ikipilləli guşələrinin arasında ucları kürəcikli relyefli elementlər yerləşdirilib.

Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir.

Aydan Rəhimli bu ordenə layiq görülən ilk qadındır.
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Dekabr 2024 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see245

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see182

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see176

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see169

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see153

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see152

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see145

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see133

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see121

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri