Reşdord Barselona ilə nə vaxt müqavilə imzalayacaq?
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mançester Yunayted"in vingeri Markus Raşfordun "Barselona" ilə müqavilə imzalayacağı vaxt müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
Oyunçunun bu gün Kataloniyaya səfər edəcəyi gözlənilir. "Barselona"nın 27 yaşlı futbolçu ilə müqavilə imzaladığını isə sabah açıqlayacağı ehtimal olunur.
Daha əvvəl "Barselona"nın Reşfordu birdəfəlik satın alma maddəsi ilə icarəyə götürməklə bağlı danışıqlarda irəliləyiş əldə etdiyi vurğulamışdı.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik ingiltərəli oyunçunun uyğunlaşması və komanda yoldaşları ilə tanışlığının gecikməməsi üçün onun kluba mümkün qədər tez gəlməsini istəyir.
Qeyd edək ki, Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib.


