Icma.az
close
up
RU
Reseptlərlə bağlı cərimələr niyə artırılır? Deputatdan açıqlama

Reseptlərlə bağlı cərimələr niyə artırılır? Deputatdan açıqlama

Icma.az bildirir, Manset portalına istinadən.

İnzibati Xətalar Məcəlləsinə yeni 452.2-1 maddəsi əlavə edilib. Belə ki, reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə - 200 manat cərimə edilir. Bu dəyişiklik 14 iyul 2023-cü ildə “Dərman vasitələri haqqında” AR qanununa edilmiş dəyişikliklə bağlıdır. Belə ki, həmin qanuna 13.6 maddəsi əlavə edilməklə qeyd olunur ki, reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməlidir. Burada qanuna imperativlik əlavə olunur. Buna uyğun olaraq da, qanunun həyata keçirilmədiyi təqdirdə də, inzibati xəta üzrə sanksiya müəyyən olunmalı idi. Qeyd olunan dəyişikliklə bu hal üzrə cərimə müəyyən olunmuşdur.

Bəs nə üçün bu qanuna gərək var idi, nə üçün əlavə edildi və əhəmiyyəti nədir?


Milli Məclisin deputatı Pərvanə Vəliyeva Manset.az-a bildirib ki, pasiyentə yazılan reseptdə qeyd olunan təsiredici vasitə müxtəlif adlar altında, fərqli firmalar tərəfindən, fərqli qiymətlərlə təklif edilə və bu zaman ciddi qiymət fərqləri də yarana bilər.

Onun sözlərinə görə, yəni aptek təşkilatında satıcı daha bahalı olan dərmanı təklif edərək, daha ucuzu haqqında məlumatları, onun mövcudluğu və ya qiyməti barədə məlumatı gizlədə bilər: “Bu, vətəndaşın həm məlumat almaq hüququnu pozur, həm dərmanlara əlçatanlığın qarşısını alır, həmçinin, vətəndaşı maliyyə yükü ilə qarşı-qarşıya qoyurdu. Yəni, müəyyən kommersiya maraqlarına görə, vətəndaşlar əziyyət çəkirdi. Bu kimi halların qarşısının alınması üçün inzibati xəta zamanı sanksiya məbləği müəyyənləşdirildi. Təbii ki, burada satıcı aptek təşkilatı, yəni hüquqi şəxs məsuliyyət daşıyır.  Dəyişiklik qanunun çəkindiricilik gücünün artırılması məqsədi daşıyır. Elektron reseptlər də bu sahədə şəffaflığı təmin edəcəkdir”.

Deputat söyləyib ki, bu yanaşmalar, istehlakçıların hüquqlarının qorunmasına dövlət nəzarətinin gücləndirilməsinə və əhalinin keyfiyyətli səhiyyə xidmətləri ilə təminatında onların maliyyə yükünü azaltmağa xidmət edir:

“Bu qanunda edilən digər dəyişiklik isə bioloji aktiv qida əlavələri ilə bağlıdır. Belə ki, həmin məhsulların üzərində “dərman vasitəsi deyildir” qeydi olmalıdır. Bu qeyd olmadan qida əlavələrinin satışına, idxalına və istehsalına görə cərimə müəyyən edilir. Bioloji aktiv qida əlavələri reseptə yazılmamalıdır. Yazılarsa, buna da cərimə müəyyən edilir. Dərmanların təlimatının azərbaycan dilində olmamasına görə və həmin dərmanın dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə cərimələr müəyyən edilib. Əgər həmin təlimatı istehlakçı istədiyi halda, verilməməsinə görə aptekə 50 manat cərimə tətbiq olunur”.

“Həmin Məcəlləyə reklam haqqında qanunun tələbələrinin pozulmasına görə də - 428.4 maddəsi üzrə dəyişiklik olunub. Belə ki, bioloji aktiv qida məhsullarını dərman olmaması və müalicə üçün nəzərdə tutulmaması qeydini etmədən reklam etməyə görə cərimə müəyyənləşib. Həmçinin, qeydiyyat nömrəsi göstərilmədən, resept olmadan buraxılan dərman vasitələrinin və tibbi texnikadan istifadənin həkim məsləhəti olmadan istifadəsinin əlavə təsirləri qeyd edilmədən reklam edilməsinə sanksiya müəyyənləşib.

Digər bir əlavə ilə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklər edilib. Belə ki, Məcəllənin 221.1-ci maddəsində “Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına” dair cərimələr müəyyən edilib. Belə ki, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək cərimə edilir.

Bu məsuliyyətin müəyyən edilməsi sözügedən sahədə sui-istifadə hallarının qarşısının alınmasında çəkindirmə funksiyası məqsədini daşıyır. Bu məsuliyyətin müəyyən edilməsi dövlət büdcəsi hesabına alınmış dərman preparatlarının qanunsuz dövriyyəsinin qarşısının alınmasına da töhfə verəcək faydalı addımdır”, - Pərvanə Vəliyeva əlavə edib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 19 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri