Icma.az
close
up
RU
Rəşid Mahmudov: Satınalma bəzən 9 aya qədər uzanır

Rəşid Mahmudov: Satınalma bəzən 9 aya qədər uzanır

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Dövlət xəstəxanaları tibbi məhsulların, dərman vasitələrinin və yüksək texnologiyalı tibbi avadanlıqların satın alınması prosesində problemlərlə qarşılaşır.

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sistemində yeni maliyyələşmə modeli formalaşıb. Bu modelin əsas fəlsəfəsi nəticəyə və performansa əsaslanan rəqabət mühitinin yaradılmasıdır. Xəstəxanalar göstərdikləri xidmətin keyfiyyətinə görə maliyyələşdirilir və daha yaxşı nəticələr əldə etmək üçün daha səmərəli idarə olunmalıdır. pizza

"Praktikada dövlət satınalmaları mexanizmi bu məqsədlərə tam uyğun gəlmir. Bu gün dövlət tibb müəssisələrinin demək olar ki, hamısı eyni problemlə qarşılaşır. Satınalma prosesləri bəzən 3 ay müddətinə planlaşdırıldığı halda 6, 8, hətta 9 aya qədər uzanır. Nəticədə xəstəxanaların gündəlik fəaliyyəti çətinləşir, tibbi xidmətin fasiləsizliyi isə risk altına düşür.

Digər mühüm məsələ ondan ibarətdir ki, tibbi məhsullar və dərman vasitələri adi istehlak malları deyil. Onların keyfiyyəti yalnız sənədlərlə deyil, klinik nəticələrlə qiymətləndirilir. Bəzən uzunmüddətli satınalma prosedurlarından sonra alınmış məhsullar praktik istifadədə gözlənilən nəticəni vermir. Lakin mövcud mexanizmlər həmin məhsulların daha keyfiyyətli alternativlərlə çevik şəkildə əvəz olunmasına imkan yaratmır. Bu isə həkimlərin peşəkar seçim imkanlarını məhdudlaşdırır və nəticədə həm xəstələrin sağlamlığını, həm də dövlət vəsaitinin səmərəli istifadəsini risk altına qoyur.

Əslində isə icbari tibbi sığortanın mahiyyəti xəstəxanalara ən optimal qiymətə, ən yüksək keyfiyyətli məhsulu seçmək imkanı yaratmaq idi. Çünki səhiyyədə əsas rəqabət qiymət uğrunda deyil, müalicənin nəticəsi uğrundadır.

Hesab edirəm ki, tibbi məhsulların, dərman vasitələrinin və yüksək texnologiyalı tibbi avadanlıqların satınalma mexanizmlərinə ayrıca yanaşılmalıdır. Burada çeviklik, keyfiyyət, klinik effektivlik və xəstə təhlükəsizliyi meyarları daha geniş nəzərə alınmalıdır”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 İyul 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri