Rəşid Məmmədəliyev: “Hər görüş əsl döyüş idi” FOTO
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanmasını şərh edib.
İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsinin finalında Məmmədəliyevin rəqibi 18 yaşlı İsveç təmsilçisi Narek Vardanyan olub. Turnir öncəsi dünya reytinqində yeddinci pillədə qərarlaşan cüdoçumuz görüşün əvvəlindən rəqibinə təzyiq göstərib və onu iki xəbərdarlıq almağa məcbur edib. Qarşılaşmanın bitməsinə 30 saniyə qalmış Məmmədəliyev seoi-otoşi fəndini yerinə yetirərək ipponla qalib gəlib.
“Budapeştdə qalib gəldiyim üçün çox xoşbəxtəm. Məşqçilər və tibbi heyətlə birlikdə böyük iş görmüşük. Uşaqlara avtoqraf vermək də mənim üçün vacibdir, çünki özüm uşaq olanda məşhur cüdoçulardan avtoqraf almaq istəyirdim. Arenadakı ab-hava çox xoşuma gəldi”, - deyə Məmmədəliyev Beynəlxalq Cüdo Federasiyasının saytına açıqlamasında bildirib.
O, karyerasında ilk dəfə bir turnir çərçivəsində altı görüş keçirdiyini vurğulayıb:
“Hər raund əsl döyüş idi. Finalda bilirdim ki, isveçli cüdoçu ayaqlarla yaxşı işləyir. Buna görə də ona hücum üçün imkan verməməyə çalışırdım”.
Məmmədəliyev Bakıda keçiriləcək dünya çempionatı barədə də danışıb:
“Bakıdakı dünya çempionatından əvvəl əsas vəzifəm ciddi məşq etmək və zədədən yayınmaqdır. Amma sabah qızıl medalı qeyd etməyə vaxtım olacaq”.
Qeyd edək ki, Məmmədəliyev 2025-ci ildə Avropa çempionatında bürünc, Bakı “Böyük Dəbilqə”sində gümüş, Parisdə analoji turnirdə isə bürünc medal qazanıb. O, 2026-cı ildə Düşənbədə keçirilən “Böyük Dəbilqə”də də üçüncü olub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 Sentyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















