Icma.az
close
up
RU
Rəşid Rəhimlə intim münasibətdə olmaq istədiyi üçün öldürülübmüş Qətl baş verən evdən GÖRÜNTÜLƏR

Rəşid Rəhimlə intim münasibətdə olmaq istədiyi üçün öldürülübmüş Qətl baş verən evdən GÖRÜNTÜLƏR

Icma.az bildirir, Oxu.az portalına istinadən.

2024-cü ilin aprel ayında Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. Məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar. Məlum olub ki, cinayət Balaxanı qəsəbəsi, "Fazenda" yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə baş verib. Yataq otağında, döşəmədə, üzü üstə uzanmış vəziyyətdə 2006-cı il təvəllüdlü Rəşid İmanovun meyiti aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Oxu.Az Lent.az-a istinadla qətl hadisəsinin istintaq materiallarını təqdim edir:

İstintaqla müəyyən edilib ki, Rəhim Əsədov 2024-cü ilin aprel ayından "Instagram" sosial şəbəkəsi vasitəsilə tanış olduğu Rəşid İmanovla mütəmadi əlaqə saxlayıb. İyunun 14-də, saat 11 radələrində Rəhim Əsədov Rəşid İmanovun Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən evinə gedib. Hadisə zamanı Rəşid İmanov Rəhim Əsədova intim münasibət təklif etsə də, o, bu təklifi rədd edib. Rəhim Əsədov əvvəlcə zərərçəkənin boğazından tutaraq onu üzüüstə döşəməyə yıxıb. Daha sonra mətbəxə keçərək oradan məişət təyinatlı bıçaq götürüb və otağa qayıtdıqdan sonra Rəşid İmanovun boğazına və boyun nahiyəsinə xəsarətlər yetirib. Nəticədə zərərçəkən ölüb.

İş üzrə dindirilmiş Rəhim Əsədov bildirib ki, 2006-cı ildə Yevlax şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Şuşa rayonunun Xəlifəli kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birgə Bakı şəhərinin Ramana qəsəbəsinin Südçülük sovxozu adlanan ərazisində yaşayıb:

"Hadisədən təxminən iki ay əvvəl sosial şəbəkədə "Ağa" adlı profili işlədən Rəşid İmanovla tanış olmuşam. Rəşidlə ilk dəfə onun iş yerində, hazırda xatırlamadığım ünvanda görüşmüşük. Mayın 10-da "WhatsApp" tətbiqində yazışarkən Rəşid məni yaşadığı evə dəvət etdi. Görüşdük və ondan borc olaraq 50 manat aldım. İyunun 13-ü saat 22 radələrində "WhatsApp"da danışarkən Rəşid növbəti gün məni yenidən evə çağırdı. Ayın 14-ü saat 11 radələrində ondan 100 manat almaq məqsədilə yaşadığı ünvana getdim. Rəşid məni qarşılayaraq çay içməyi təklif etdi, lakin mən cavabımda vaxtım olmadığını və yalnız pul üçün gəldiyimi bildirdim. Rəşid ünvanıma nalayiq ifadələr işlətdikdə, əsəbiləşərək boğazından tutub onu döşəməyə yıxdım. Söyüş söyməyə davam edən tanışımı öldürmək məqsədilə mətbəxdən bıçaq götürdüm. Döşəmədə uzanan Rəşidin saçından tutaraq başını bir qədər yuxarı qaldırdım".

"Bıçaqla boğazına zərbələr endirdim. Rəşidin öldüyünü görüb, masa üzərində olan mobil telefonu götürərək evi dərhal tərk etdim. Hadisənin şahidi olmasa da, həmin gecə polis əməkdaşları yaşadığım ünvana gələrək məni 12-ci polis şöbəsinə apardılar".

Rəhim Əsədov əlavə edib ki, hadisə zamanı özü heç bir xəsarət almayıb. Onun sözlərinə görə, qaydasız döyüşlə məşğul olduğu üçün Rəşidin müqavimətini qısa müddətdə qıra bilib. Hadisə zamanı Rəşid onu bir dəfə yumruqla vurmaq istəsə də, Rəhim zərbədən yayına bilib. O həmçinin qeyd edib ki, hadisə baş verən zaman spirtli içki və ya narkotik vasitələrin təsiri altında olmayıb.

Məhkəmə iclasında ifadə verən Rəhim Əsədov bildirib ki, Rəşid İmanovdan əvvəllər borc aldığı pulu geri qaytarmayıb: "Hadisə günü ondan ikinci dəfə borc almaq məqsədilə evinə getdim. Əgər Rəşid ünvanıma nalayiq ifadələr işlətməsəydi, bu hadisə baş verməzdi. Hadisəni törətdikdən sonra mərhumun telefonunu izi itirmək məqsədilə götürdüm, lakin daha sonra onu könüllü şəkildə polis əməkdaşlarına təqdim etdim".

Zərərçəkmiş şəxsin hüquqi varisi Rüstəm İmanov ifadəsində bildirib ki, o, Salyan rayonunun Yeni Uluxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Onun böyük oğlu Rəşid müxtəlif restoranlarda aşpaz kimi çalışıb:

"Özüm Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmuşam. İyunun 15-də 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi məni yanına çağıraraq bildirdi ki, oğlum öldürülüb və bu səbəbdən mən təkadamlıq kamerada saxlanılmalıyam. Bu hadisə cəzamın bitməsinə doqquz gün qalmış baş verdi. Bu xəbəri eşidəndə əvvəlcə oğlumun düşmənlərim - yəni qətlə yetirdiyim şəxsin yaxınları tərəfindən öldürülə biləcəyini düşündüm. Lakin azadlığa çıxdıqdan sonra mənə məlumat verdilər ki, oğlumu Rəhim adlı həmyaşıdı qətlə yetirib. Rəşid sağlığında sakit təbiətli, davaya meyilli olmayan bir uşaq idi. Ailə üzvlərim bir ildir ki, Balaxanı qəsəbəsində kirayədə yaşayırdılar".

Rüstəm İmanov bildirib ki, azadlığa çıxdıqdan iki gün sonra Rəhimin Nizami adlı qohumu 1 000 manat pul gətirərək "Həbsxanadan təzə çıxmısan, lazım olar" deyib. Ümumilikdə, təqsirləndirilən şəxsin ailəsi tərəfindən onlara 2 200 manat pul verilib. O, Rəhim Əsədovdan şikayətçi olmadığını qeyd edib.

Şahid Fərid Əliyev ifadəsində göstərib ki, Rəşid onun dostu İsmayıl İmanovun əmisi oğlu olub:

"İyunun 14-də qəsəbədə yerləşən marketin qarşısında İsmayılla görüşdüm. Rəşidə zəng vursaq da, cavab vermədi. Bir müddət sonra Rəşidin anası İsmayıla zəng edərək oğlundan narahat olduğunu bildirdi və evlərinə gedib ona baxmağımızı xahiş etdi.

Birlikdə darvazadan həyətə keçib, qapını döysək də, açan olmadı. Daha sonra evə pəncərədən daxil olmaq üçün İsmayıl qonşudan kəlbətin götürərək mismarları çıxardı. Yataq otağına daxil olanda Rəşidi üzüüstə, yerdə uzanıqlı vəziyyətdə gördük. Halım pisləşdiyindən dərhal otaqdan çıxdım. İsmayıl mənim telefonumdan polisə və təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat verdi".

Mərhumun anası, şahid Günel İmanova bildirib ki, yoldaşının təqsirləndirilən şəxsə münasibəti onun öz seçimidir. Şəxsən o, Rəhim Əsədova ən ağır cəzanın verilməsini xahiş edib.

Şahid Adilə Əsədova bildirib ki, həyat yoldaşı 2011-ci ildə ürək tutmasından vəfat edib:

"Oğlum Rəhim Ağdaş şəhərində Humanitar kollecində təhsil alıb. Hərbi xidmətə yollanmağa hazırlaşırdı. İyunun 14-də səhər Rəhim yemək yeyib evdən çıxıb və günortadan sonra geri qayıdıb. Həmin gecə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yalnız onda oğlumun Rəşid adlı şəxsi yaşadığı evdə bıçaqla öldürdüyünü öyrəndim".

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 19 il həbs cəzası təyin edilməsini istəyib.

Məhkəmədə son söz söyləyən Rəhim Əsədov özünü verilmiş ittihamla bir daha təqsirli bilməyib. O, özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli hesab etdiyini deyib. Hadisə yerindən uzaqlaşarkən mərhuma məxsus telefonu quldurluq niyyəti ilə deyil, cinayətin izini gizlətmək məqsədilə götürdüyünü vurğulayıb.

Məhkəmə Rəhim Əsədovun əməllərinin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə tövsif olunmasını və ona müddətli azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı sayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhim Əsədov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 İyun 2025 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see170

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see155

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see140

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see132

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri