Rəsmən Ronaldonun uşaqlarının anası oldu
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ulduz futbolçu Kriştianu Ronaldo və Corcina Rodrigezin toyundan bir həftə keçməmiş ailədə daha bir mühüm dəyişiklik baş verib.
“Qafqazinfo”nun məlumatına görə, C.Rodrigez Ronaldonun surroqat anadan doğulan üç övladını övladlığa götürüb.
Bununla Corcina Kriştianu Ronaldo Jr., Eva Mariya və Mateo Ronaldonun qanuni anası olub.
Məlumata görə, 2010-cu ildə dünyaya gələn Kriştiano Ronaldo Jr. və 2017-ci ildə doğulan əkizlər Eva Mariya ilə Mateo uzun illərdir Corcinanın himayəsində böyüyürlər. Rodrigez onların həyatında ana fiquru kimi iştirak edib və uşaqlarla yaxın münasibət qurub.
Corcinanın Ronaldo ilə münasibətindən iki qızı var. Onlardan Alana 2017-ci ildə, Bella Esmeralda isə 2022-ci ildə dünyaya gəlib. Cütlüyün digər övladı, Bella Esmeraldanın əkiz qardaşı isə doğuş zamanı həyatını itirib.




Baxış sayı:114
Bu xəbər 22 Avqust 2026 06:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















