Rəsmi Ankara: İran ABŞ danışıqlarının Omanda keçirilməsi Türkiyəni narahat etmir
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran və ABŞ arasında aparılan danışıqların İstanbulda deyil, Omanda keçirilməsi Türkiyəni narahat etmir.
APA-nın Türkiyə bürosunun verdiyi xəbərə görə, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran səsləndirib.
O bildirib ki, əsas məsələ Türkiyənin bu prosesin içində nə dərəcədə aktiv rol oynamağıdır. Həm İranla, həm də digər tərəflərlə aparılan təmaslar baxımından bunun vacib olduğunu vurğulayıb.
“Danışıqlar başqa ölkələrdə keçirilsə belə, diplomatik yollarla bu görüşlərin baş tutmasının tərəfdarıyıq. Əsas məsələ bizim bu prosesin içində nə dərəcədə aktiv rol oynamağımızdır. Həm İranla, həm də digər tərəflərlə aparılan təmaslar baxımından bu çox vacibdir. Türkiyə yalnız ABŞ ilə İran arasında deyil, ümumilikdə regional balans və maraqlar çərçivəsində də fəal mövqe tutur”, – deyə Burhanəddin Duran qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 14 Fevral 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















