Icma.az
close
up
RU
Rəsmi Bağdad təyyarə qəzası ilə bağlı bəyanat yaydı

Rəsmi Bağdad təyyarə qəzası ilə bağlı bəyanat yaydı

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İraq Respublikasının Xarici İşlər Nazirliyi (XİN) AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıb.

Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfirliyi məlumat yayıb.

Bəyanatda deyilir: “İraq Respublikasının Xarici İşlər Nazirliyi dost Azərbaycan Respublikasının Hökuməti və xalqına “Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin paytaxt Bakıdan Qroznı şəhərinə uçarkən qəzaya uğraması və nəticədə çoxsaylı qurbanların və yaralıların olması ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Bu ağrılı və faciəvi hadisə ilə əlaqədar nazirlik İraq Respublikasının bu çətin durumda Azərbaycana dəstəyini ifadə edərək, bütün yaralılara tezliklə şəfa arzu edir, qurbanların ailələri ilə bu çətin gündə həmrəy olduğunu bir daha bəyan edir”.

Dekabrın 26-da ölkəmizin İraqdakı səfirliyinin binasının üzərindən Azərbaycan Respublikasının Dövlət Bayrağı dirəyinin yarısına qədər endirilib və saat 11:00-dan etibarən başsağlığı kitabı açılıb. Həmin gün İraq Prezidentinin nümayəndəsi, Prezident Administrasiyası rəhbərinin müavini Xalid Alvan Əş-Şəlləl, Prezidentin Protokol Xidmətinin rəisi vəzifələrini icra edən xanım Şeyma Səfa Əl-Maşita, Birgə Komissiyanın həmsədrinin nümayəndəsi, Rabitə Nazirliyinin Əlaqələr və media departamentinin rəisi Amr Əbdürrəzzaq Musab, İraq XİN-in Asiya və Avstraliya Departamentinin rəisi Hamid Əl-Cuburi, İraq DİN-in Səfirliklərin və Diplomatik Nümayəndəliklərin Mühafizəsi Baş İdarəsinin rəis müavini General Məhəmməd Ammar Məhəmməd, İraq Parlamentinin İnsan haqları komitəsinin sədri, türkmən millət vəkili Ərşad Salihi, Türkiyənin İraqdakı səfiri Anıl Bora İnan və digər diplomatik nümayəndəliklərin rəhbərləri səfirliyə gələrək başsağlığı verib və matəm kitabında ürək sözlərini yazıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 27 Dekabr 2024 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri