Icma.az
close
up
RU
Rəsmi Bakı CAVAB VERDİ İrəvandan gələn SONUNCU REAKSİYA

Rəsmi Bakı CAVAB VERDİ İrəvandan gələn SONUNCU REAKSİYA

Icma.az bildirir, Yenicag portalına istinadən.

Rəsmi İrəvan dünən açıqlama verərək, Azərbaycan tərəfindən sülh müqaviləsinə dair cavabı aldığını bildirib. Bu cavabın üç ay yarım gözlənildiyi vurğulansa da, onun məzmunu açıqlanmayıb. Baş nazir Nikol Paşinyan isə dünən bəyan edib ki, hələ razılıq əldə olunmayıb, lakin, eyni zamanda, təkliflərin tamamilə rədd edildiyini də söyləmək olmaz.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, artıq razılaşdırılmamış məsələlərin siyahısına daha iki yeni maddə əlavə edilib:

“Zəngəzur dəhlizinin açılması və Ermənistanın yeni konstitusiya qəbul etməsi tələbi buraya aiddir. Buna qədər iki əsas razılaşdırılmamış məqamın olduğu bildirilirdi: tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməsi və sərhəd boyunca üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməməsi. Lakin iki gün əvvəl Azərbaycanın Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov sülh müqaviləsinin razılaşdırılmamış iki bəndindən danışaraq bunlardan birinin Ermənistan Konstitusiyasının dəyişdirilməsi, digərinin isə Zəngəzur dəhlizi ilə bağlı olduğunu açıqlayıb”.

KİV qeyd edib ki, bir neçə ay öncə sülh müqaviləsindən yolların blokadadan çıxarılması ilə bağlı müddəanın çıxarıldığı elan edilmişdi:

“Ermənistan parlamentinin sədr müavini isə Azərbaycan rəsmisinin açıqlamalarını təkzib edərək, müqavilədə belə maddələrin olmadığını bildirib. Bununla belə, indiyə qədər Azərbaycanın yüksək rütbəli rəsmilərinin verdiyi bəyanatların bir müddət sonra gerçəyə çevrildiyi də məlumdur”.

Rafi Müslümov

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 27 Fevral 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri