Icma.az
close
up
RU
Rəsmi Bakı erməniləri niyə təhvil verdi? Azərbaycan istədiyini almışdı

Rəsmi Bakı erməniləri niyə təhvil verdi? Azərbaycan istədiyini almışdı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Azərbaycan ölkəmizdə cəza çəkən dörd erməniəsilli şəxsi – Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Viqen Euljekjyanı Həkəri çayı üzərindəki körpüdə müvafiq Ermənistan qurumlarının nümayəndələrinə təhvil verib.

Globalinfo.az xəbər verir ki, “Teleqraf”ın məlumatına görə, Rəsmi Bakı bu addımı Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa, humanizm prinsiplərinə uyğun olaraq atsa da, sosial şəbəkələrdə mənəvi tərəfdən müzakirələrə səbəb olub.

Aydın məsələdir ki, Azərbaycan uzun illər erməni təcüvüzündən əziyyət çəkib, 30 ilə yaxın müddətdə torpaqlarımız işğal altında olub və bunun nəticəsində bir milyon soydaşımız məcburi köçkün həyatı yaşayıb.

2020-ci ildə isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu işğala son qoyub və 44 gün ərzində dədə-baba torpaqlarını erməni tapdağından azad edib.

Bunun davamında isə başımıza gətirilən bu müsibətlərdə iştirak edənlərin məsuliyyətə cəlb olunmasına başlanılıb. Çoxları inanmasa da, Azərbaycan hüquq-mühafizə orqanları bu prosesdə çox titiz işləyərək, həmin şəxslərin tutulub Bakıya gətirilməsinə, davamında isə Azərbaycan məhkəmələrində hakim qarşısına çıxarılmasına nail olub.

İndiki məqamda sual yaranır: Rəsmi Bakı yuxarıda adları çəkilən 4 nəfəri niyə təhvil verdi?

Ən müzakirə olunan ad təbii ki, Meşəli hadisələrində iştirakı bilinən və 15 il müddətinə azadlıqdan məhrum edilən Vaqif Xaçaturyandır.

Bu o Xaçaturyan idi ki, 2023-cü ilin oktyabarıda Bakıda keçirilən məhkəmələrdə ağlamış, Azərbaycan xalqından üzr istəmişdi. Və o, ümumiyyətlə, 30 il sonra törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunacağını ağlının ucundan belə keçirmirdi. Amma Azərbaycan göstərdi ki, bu dövlət ona qarşı yanlış edənləri, onların üzünü, əməllərini heç vaxt unutmur və unutmağa da imkan vermir. Nəticədə keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanıldı. Bakıya gətirildi, istintaqa cəlb olundu, məhkəməyə çıxarıldı və bu xalqdan üzr istədi.

Vaqif Xaçaturyanın bu yaşda ağlaması, üzr istəməsi tarixi ədalətin bərpası idi. İndi isə hazırda 70 yaşı olan Xaçaturyanın ömrünün sonuna bir şey qalmayıb, bəlkə də sayılı günlər…

Belə ki, 2025-ci ilin dekabrında Vaqif Xaçaturyanın səhhətində pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb. Nəticədə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib. Orada intensiv müalicə və reanimasion tədbirlər görülüb, lakin vəziyyətində nəzərəçarpan müsbət dinamika müşahidə edilmədiyindən Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilib.

Rəsmi diaqnoz isə belədir:

Vaqif Xaçaturyan Yeni Klinikanın Reanimasiya şöbəsinə ciddi dərəcədə ağır aortal stenoz, orta dərəcəli mitral stenoz və xroniki ürək çatışmazlığının dekompensasiyası fonunda inkişaf etmiş ağciyər ödemi və ağır tənəffüs çatışmazlığı diaqnozu ilə kritik vəziyyətdə qəbul olunub. Kritik həyati təhlükə mərhələsindən çıxsa da, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Göründüyü kimi, Azərbaycan dövləti humanist davranaraq ağır vəziyyətdə olan Xaçaturyanı Ermənistana təhvil verib. Onun burada ölməsi nəyi dəyişdirəcəkdi ki? O zatən Laçında Azərbaycan tərəfindən tutulanda, Bakıya gətiriləndə, məhkəmə qarşısına çıxarılanda, başına müsibətlər gətirdiyi xocalıların qarşısına hönkür-hönkür ağlayıb üzr istəyəndə, zatən ölüb-bitmişdi, hətta yerə girmişdi…

Bəs, onunla yanaşı Ermənistan təhvil verilənlər kimlərdir?

Gevorq Sujyan – Ermənistanda dövlətə bağlı müxtəlif ictimai təşkilatların rəhbəri olmuş bu şəxs Vətən müharibəsi zamanı Kəlbəcərə getmiş və İstisuda dincəlməsi barədə video çəkərək, sosial şəbəkələrdə paylaşmışdı. O, həmin videoda tezliklə Bakıya çatıb, Xəzərdə üzəcəyini bildirmişdi. Ən maraqlısı odur ki, bu hadisədən bir neçə gün sonra Gevorq Sujyan yoxa çıxır, daha sonra isə Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun yerinin müəyyən olunması istiqamətində axtarışlara başlayır.

Sonradan məlum olur ki, Gevorq Sujyan Bakıdadır – “çimir”… Onu Azərbaycanın xüsusi xidmət orqanları Bakıya gətirib. Bu qorxunun özü Sujyana bir ömür bəsdir!

Vigen Eulcekyan – birgə yaşadığı Maral Nacaryan adlı livanlı qadınla 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Qarabağda saxlanılıb. Onlar Azərbaycan ərazisinə qanunsuz daxil olub və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol veriblər. Saxlanıldan sonra Vigen Eulcekyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılıb.

Davtyan David isə – Azərbaycana qarşı casusluqda ittiham olunub. Gevorq Sujyanla birlikdə ittiham olunan David məhkəmədə mərhəmət istəyiblər. David məhkəməsində son söz deyən zaman ağlayıb və məhkəməyə bildirib ki, xəstə anasının ona ehtiyacı var. Hökmə əsasən casusluqda ittiham olunan ermənilərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri