Icma.az
close
up
RU
Rəsmi Bakı xarici siyasətdə heç vaxt başqa ölkələrin diktəsi ilə hərəkət etmir

Rəsmi Bakı xarici siyasətdə heç vaxt başqa ölkələrin diktəsi ilə hərəkət etmir

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “Breitbart” nəşrinə müsahibəsində deyib ki, Azərbaycan yaxın zamanda “İbrahim sazişləri”nə qoşula biləcək ölkələr sırasındadır. Onun fikrincə, növbəti bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya, Livan qoşula bilər. Əvvəlcə deyim ki, “İbrahim sazişləri” Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, daha sonra Sudan və Mərakeşin İsraillə diplomatik münasibətlər qurması məqsədilə 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə imzaladığı razılaşmalar silsiləsidir. Rəsmi Vaşinqton bu yolla regionda İsrail–Ərəb normallaşmasını təmin etmək istəyir".

Redaktor.az xəbər verir ki, bunu Turan Rzayev deyib. Onun sözlərinə görə, proses bu günə qədər ABŞ-nin istədiyi formada getmir:

"Təbii ki, burada İsrailin də səhvlərinin, atdığı radikal, sərt addımların payı az deyil. Bununla belə, Stiv Uitkoffun sözlərindən sonra bu qənaətə gəlmək olar ki, Vaşinqton bunu daha geniş coğrafi müstəviyə yaymaq niyyətindədir.

Bu sazişlərə “İbrahim” adı verilməsi təsadüfi deyil. Belə ki, İbrahim peyğəmbər həm islam, həm yəhudilik, həm də xristianlığın atası sayılır. Bu dinlərə həm də “İbrahimi dinlər” deyilir. Verilən mesaj isə bir növ bu üç dinin xalqlarını, ölkələrini bir-birindən ayırmadığı, əksinə ortaq kök – İbrahim peyğəmbərlə birləşdirdiyi yönündədir. Başqa cür desək, Yaxın Şərqdəki üç böyük monoteist dinin davamçıları olan ölkələr arasında sülh və əməkdaşlıq yaratmaq mümkündür.

Azərbaycanın məsələyə yanaşması indiki məqamda maraq doğurur. Rəsmi Bakı hələlik bu haqda hər hansısa açıqlama verməyib. Lakin Bakının xarici siyasət prinsiplərinə əsaslanaraq onun bu məsələyə necə yanaşacağını öncədən demək mümkündür.

Belə ki, Azərbaycan–İsrail əlaqələri onsuz da strateji tərəfdaşlıq səviyyəsindədir. İkitərəfli münasibətlər enerji, müdafiə sənayesi, texnologiya və digər sahələri əhatə edir. İsrail Azərbaycanın həm də ən böyük silah tədarükçülərindən biridir. Yəni diplomatik münasibətlər, qarşılıqlı səfərlər və yüksək səviyyəli əməkdaşlıq fonunda demək olar ki, iki ölkənin münasibətləri “İbrahim sazişləri”nin özündə ehtiva etdiyi məqsədə çoxdan çatıb. Azərbaycan ABŞ-ın təklifini qəbul edib “İbrahim sazişləri”nə qoşulsa belə, bu, prinsipcə simvolik qərardan o tərəfə keçməyəcək. Yəni bu saziş Azərbaycan–İsrail münasibətlərinə əlavə xüsusi nəsə qatmayacaq.

Mümkündür ki, Azərbaycan “İbrahim Sazişləri”nə ehtiyatla, bəlkə də məsafəli yanaşsın. Çünki Bakı İsraillə strateji tərəfdaş olduğu qədər, Türkiyə ilə də müttəfiqdir. Bundan başqa, son zamanlar normallaşan İran–Azərbaycan münasibətlərinə də xələl gəlməməsi Bakı üçün mühümdür. Aydın məsələdir ki, “İbrahim sazişləri”nə qoşulmaq Tehranda çox ciddi qıcıq yaradacaq. İran bu sazişi müsəlman ölkələrinin “xəyanət ittifaqı” kimi görür və dəfələrlə buna sərt reaksiya verib. Düzdür, Bakı üçün İranla münasibətlər heç vaxt “ya dost, ya düşmən” olmayıb. Azərbaycan bu münasibətləri daha çox balanslı aparır. Belə olan halda, “İbrahim sazişləri” kimi açıq şəkildə anti-İran kontekstində yozulan bir mexanizmə qoşulmaq Bakının bu balansı pozması demək olar.

Digər məsələ də ABŞ-nin Azərbaycanın adını bu kontekstdə hallandırmasıdır. Yəni bu, Bakının qərarına əsaslanmır, daha çox Vaşinqtonun regionda yeni oyun qurmaq cəhdidir. Eyni arqumenti Ermənistana da aid etmək olar. Məsələn, rəsmi İrəvanın İsraillə diplomatik münasibətləri kifayət qədər zəifdir. Görünür, Vaşinqton bu ölkələrin sazişə qoşulması yönündə xəbərləri dövriyyəyə buraxaraq daha çox mediada səs-küy yaratmaq istəyir.

Nəticə etibarilə, Stiv Uitkoffun açıqlaması reallıqdan çox, siyasi manipulyasiyaya bənzəyir. Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmaq ehtimalı tam inkar edilə bilməz, amma bu, Bakıdan çox Vaşinqtonun ssenarisi kimi görünür. Rəsmi Bakı isə xarici siyasətdə heç vaxt başqa ölkələrin diktəsi ilə hərəkət etmir. Əksinə, öz maraqları prizmasından çıxış edir. Bu maraqlar daxilində “İbrahim sazişləri” hələlik prioritet deyil". 

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 May 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri