Rəsmi Bakıdan beynəlxalq ictimaiyyətə Ermənistanla bağlı çağırış
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
“Bu gün növbəti mina partlayışları nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən azyaşlı uşaqlar ağır xəsarət alıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “X” hesabında qeyd olunub.
“2020-ci il müharibəsindən indiyədək Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 392 nəfər ölüb və ya yaralanıb.
Biz beynəlxalq ictimaiyyəti minatəmizləmə tədbirlərinin aktuallığını qəbul etməyə, davam edən minatəmizləmə səylərində Azərbaycanın yanında olmağa, habelə Ermənistanı günahsız insanların həyatını təhlükə altına salmaqda davam edən və münaqişədən sonrakı bərpaya mane olan qəsdən və genişmiqyaslı mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq”, - məlumatda deyilir.
Qeyd edək ki, bu gün Cəbrayıl və Ağdam rayonları ərazisində baş verən mina hadisələri nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan ikisi azyaşlıdır.
Bu mövzuda digər xəbərlər:BTQ dən beynəlxalq ictimaiyyətə Ermənistanla bağlı çağırış KONKRET
24 Aprel 2026 20:17
Rəsmi Bakıdan Fransaya çağırış
03 Aprel 2025 17:46
Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!
28 Fevral 2026 20:58
Rəsmi Bakıdan İsrail hökumətinə çağırış
29 İyun 2026 10:38
Rəsmi Bakıdan BMT yə vacib çağırış
24 Fevral 2025 22:27
Baxış sayı:200
Bu xəbər 06 Aprel 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















