Icma.az
close
up
RU
Rəsmi Bakıdan Fransanın COP29da iştirakdan imtina etməsinə REAKSİYA: “Yanlış addımdır”

Rəsmi Bakıdan Fransanın COP29da iştirakdan imtina etməsinə REAKSİYA: “Yanlış addımdır”

Turkstan.az-dan alınan məlumata görə, Icma.az xəbər verir Rəsmi Bakıdan Fransanın COP29da iştirakdan imtina etməsinə REAKSİYA: “Yanlış addımdır”.

Fransanın COP29-la bağlı yanaşması qeyri-konstruktivdir.
Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, Fransa özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edir və onun istənilən səbəb və bəhanə ilə iqlim mövzusundan kənar qalması, konfransda iştirak etməməsi yanlış addımdır.

“Azərbaycan heç bir zaman iqlim mövzusunu, digər hansısa Azərbaycan-Fransa arasında olan gərginlik, fikir ayrılıqlarını bu mövzuya gətirməyib.
Bizim il ərzində COP-dan öncə çoxsaylı tədbirlərimiz olub və onların hamısına Fransa danışıqçıları, nümayəndə heyəti dəvət olunub. Onlar bu tədbirlərdə iştirak edib və bizim COP komandamız onlarla çox konstruktiv işləyib. Kimin hansı qərarı qəbul etməsi, gəlib-gəlməməsi öz seçimidir", - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.turkustan.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri