Icma.az
close
up
RU
Rəsmi Bakının Kremldən gözləntisi: Azərbaycandan üzr istəməlidir...

Rəsmi Bakının Kremldən gözləntisi: Azərbaycandan üzr istəməlidir...

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

AZAL-ın Bakı-Qroznı reysi üzrə uçan təyyarənin Çeçenistan səmasında vurulduğu təkzibolunmaz faktlarla təsdiq olundu. Hazırda hadisənin araşdırılması və “qara qutu”nun öyrənilməsi prosesi gedir və istintaqın yekununda fərqli nəticənin çıxmayacağı aydındır.
Mediada hadisənin ilkin araşdırmalarına dair yayılan məlumatlar da bunu deməyə əsas verir. Belə ki, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb. Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.
Bəllidir ki, məqsəd mülki təyyarənin qəsdən vurulması deyil. Burada səhvin olduğu hər kəs tərəfindən qəbul edilir. Çünki Rusiya HHM Ukrayna PUA-larını vurmağa çalışıb. Dekabrın 25-i səhər saatlarında Ukrayna PUA-larının Qroznıya hücumu haqda məlumatlar var. Bunu Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov da təsdiq edir. 
Eyni zamanda, dekabrın 26-da Çeçenistan rəhbəri Ramzan Kadırovun Həmzət Kadırovu təltif etməyi də bununla bağlıdır.
Nəticə etibarilə, Rusiya HHM-i PUA-ları vurmaq istəyərkən, AZAL-a məxsus mülki təyyarəni də vurublar və təyyarə idarəetməsini itirərək, qəzaya uğrayıb. 
Rusiya tərəfinin səhvi ilə yanaşı, beynəlxalq hüquqa uyğun olmayan addımları da nəzərdən qaçmır.
Birincisi, təyyarənin Qroznı hava limanına eniş etməsinə imkan vermir, halbuki, bu olsaydı bəlkə də heç bir itki olmayacaqdı.
İkincisi, təyyarəni bilərəkdən Xəzər dənizi istiqamətinə yönəldirlər. Bunun məhz niyə edildiyi aydın olmasa da, məqsədin təyyarənin dənizə düşməsi və vurulma faktının bu yolla gizlədilməsi ola biləcəyi ehtimalı var.
Üçüncüsü, Rusiya dron hücumlarına rağmən Çeçenistan hava məkanını bağlamayıb. Nəticədə böyük faciəyə yol açıblar.
Rusiya tərəfinin baş verənləri etiraf etmək istəmədiyi görünür. Halbuki, hər şey ortadadır. Rusiya mediası da təyyarənin Çeçenistanın hava hücumundan müdafiə sistemləri də daxil olmaqla bir neçə hərbi hissənin yerləşdiyi Naurski rayonu üzərində vurulduğunu yazır.
Burada atıla biləcək yeganə addım Rusiyanın təyyarənin vurulmasını etiraf etməsi və Azərbaycandan üzr istəməsidir. Bu, beynəlxalq hüququn və ikitərəfli münasibətlərin məntiqindən irəli gəlir. 
Dünyada mülki təyyarənin səhvən vurulması hadisələri dəfələrlə olub. Bu cür hadisələrdə adətən səhvi edən ölkə təyyarənin məxsus olduğu ölkədən üzr istəyir, təzminat ödəyir və günahkarları cəzalandırır. Azərbaycanın Rusiyadan gözlədiyi də məhz budur: etiraf etməli və üzr istəməlidir. Bu, ikitərəfli münasibətlərdə etimad mühitinin qorunması baxımından da əhəmiyyətlidir.
Vaqif Hüseynli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri