Rəsmi Daşkənd: Heç kim narahat olmasın, TDT də hərbi texniki əməkdaşlıq təbii prosesdir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatı hərbi-siyasi blok deyil, amma hərbi-texniki sahədə əməkdaşlıq edirik.
APA xəbər verir ki, bunu Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib.
Kamilov bildirib ki, TDT-yə üzv ölkələr arasında hərbi-texniki əməkdaşlıq olsa da, bu təşkilat hərbi-siyasi blok kimi fəaliyyət göstərmir.
"Hərbi sahədə əməkdaşlıq edirik, texnologiya mübadiləsi aparırıq, lakin bu təşkilat hərbi-siyasi blok deyil. Bu aydınlaşdırılmalıdır ki, heç kimdə narahatlıq yaranmasın”, — Kamilov qeyd edib.
O əlavə edib ki, ölkələr arasında bu əməkdaşlıq təbii bir prosesdir: “Ölkələr hərbi texnologiya sahəsində əməkdaşlıq edir, hərbi-texniki təcrübə mübadiləsi aparır və digər sahələrdə təcrübə paylaşır”.
Müşavir vurğulayıb ki, təşkilatın əsas məqsədi mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi və elmi-texniki sahədə əməkdaşlıqdır.
"Təbii ki, hərbi-texniki sahədə əməkdaşlıq da mümkündür, amma bu heç də təşkilatın hər hansı siyasi bloka çevriləcəyi anlamına gəlmir", - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 13 Mart 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















