Icma.az
close
up
RU
Rəsmi iş yeri olmadan mənzil almaq istəyənlərin nəzərinə

Rəsmi iş yeri olmadan mənzil almaq istəyənlərin nəzərinə

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Rəsmi iş yeri olmayan şəxslərin mənzil sahibi olması məsələsi son dövrlərdə geniş müzakirə mövzusuna çevrilib. Xüsusilə sosial mediada tez-tez rast gəlinən elanlarda bu kateqoriyaya aid şəxslərin ilkin ödəniş edərək ev sahibi ola biləcəkləri iddia olunur.

Bəs rəsmi iş yeri olmayan vətəndaşlar necə mənzil sahibi ola bilərlər?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında bildirib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlərində rəsmi iş yeri tələbi irəli sürülür. Vətəndaşın daimi iş yerinin olması və oradan kredit ödəmək imkanını təsdiqləyəcək qədər məvacib alması tələb olunur:

“Bu, kredit verilməsinin əsas şərtlərindən biridir. Məsələn, vətəndaş ailəli deyilsə, müəyyən məbləğlər onun ümumi əməkhaqqısından çıxılaraq hesablanır və bu hesablamaya əsasən ona kredit ayrılır. Bu baxımdan əməkhaqqı və daimi iş yeri vacib şərtlərdən biridir, hətta birincisidir. Lakin daxili kreditlər, yəni bankdaxili kreditlər və İpoteka və Kredit Zəmanət Fondu tərəfindən maliyyələşdirilməyən kreditlər üçün bu tələblər keçərli olmaya bilər. Eyni zamanda bəzi MTK-lar (Mənzil-Tikinti Kooperativləri) tərəfindən daxili qaydalarla verilən kreditlər üçün də rəsmi iş yeri tələb olunmur”.

Ekspert qeyd edib ki, bu, hər rəsmi iş yeri olmayan vətəndaşın kredit ala biləcəyi demək deyil:

“Vətəndaş öz gəlirini hər hansı bir yolla sübut etməlidir. Məsələn, əgər bir şəxs rəsmi əməkhaqqı almır, lakin bizneslə məşğuldursa və ya ona müntəzəm gəlir gətirən bir obyektə sahibdirsə, bu gəlir mənbəyini təsdiqləməlidir. Banklar və MTK-lar üçün əsas məsələ vətəndaşın aylıq nə qədər ödəniş etmək qabiliyyətinin olmasıdır. Çünki daxili ipoteka və ya kredit üçün müraciət edildikdə ilk növbədə vətəndaşın aylıq gəlirinin bu ödənişləri qarşılaya bilib-bilmədiyi araşdırılır. Heç bir bank, yaxud MTK və ya digər maliyyə qurumu daimi gəliri olmayan şəxsə kredit verməz, çünki bu halda kreditin geri qaytarılması riski çox yüksək olar. Burada əsas məqam vətəndaşın əməkhaqqı alması deyil. O, ümumiyyətlə ay ərzində dayanıqlı gəlir əldə edirsə, gələcəkdə ödənişlərdə problem yaranmayacağına əminlik varsa, daxili ipoteka və MTK kreditləri çərçivəsində bu məsələ həll edilə bilər”.

V.Oruc əlavə edib ki, İpoteka və Kredit Zəmanət Fondu dövlət qurumu olduğu üçün burada risklər daha yüksək səviyyədə idarə olunur. Buna görə də vətəndaşın istər dövlət, istərsə də özəl sektorda rəsmi işlədiyini sübut edən əməkhaqqı tarixi üzrə məlumatları tələb olunur. Hazırkı elektron sistemlər vasitəsilə müvafiq qurumlar vətəndaşın aylıq əməkhaqqısını və onun kredit ödəmə qabiliyyətini izləyə və qiymətləndirə bilirlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 Aprel 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri