Icma.az
close
up
RU
Rəsmi Kiyev təbii ehtiyatların işlənməsinə dair ABŞ la bağlayacaq sazişin şərtlərini açıqladı

Rəsmi Kiyev təbii ehtiyatların işlənməsinə dair ABŞ la bağlayacaq sazişin şərtlərini açıqladı

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Kiyev, 1 may, AZƏRTAC

Ukrayna hökuməti təbii ehtiyatlar üzrə gələcək Saziş çərçivəsində ABŞ-la İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında sazişin imzalanması üçün zəruri olan qərarlar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında bildirib.

Qeyd olunur ki, bu Fond 50/50 prinsipi əsasında yaradılır. Ukrayna dövləti də təbii sərvətlərə tam nəzarəti özündə saxlayır. Üstəlik, saziş ölkənin Avropaya inteqrasiya hərəkatını yavaşlatmamalıdır.

Ukrayna hökumətinin başçısı bu sazişin əsasında duran beş əsas prinsipi sadalayıb:

Bərabərlik: İnvestisiya fondu 50/50 əsasında yaradılır və hər iki tərəf bərabər səs hüququna malikdir.

Nəzarətin saxlanması: Ukrayna yerin təki, infrastruktur və təbii ehtiyatlar üzərində tam nəzarəti özündə saxlayır.

Borclar deyil, yeni investisiyalar: Saziş Ukrayna tərəfdən heç bir borc öhdəliyini nəzərdə tutmur.

Zəmanətli İnvestorlar və Alıcılar: Fond layihələrə sərmayə qoyacaq və məhsulların kommersiya məqsədli alınmasına zəmanət verəcək.

Avrointeqrasiya kursuna uyğunluq: Saziş Ukraynanın Avropa Birliyinə üzvlük əldə etməsinə maneə yaratmayacaq.

Baş nazir onu da qeyd edib ki, İnvestisiya Fondu ABŞ və Ukraynanın töhfələri ilə doldurulacaq. Fondun mənfəəti yalnız Ukraynaya yenidən investisiya ediləcək.

"Bu razılaşma sayəsində biz bərpa üçün əhəmiyyətli resurslar cəlb edə, iqtisadi artıma başlaya və ABŞ-dakı tərəfdaşlardan, strateji investordan ən son texnologiyalar ala biləcəyik", - deyə Şmıqal əlavə edib.

Xatırladaq ki, hələ fevral ayında Ukrayna və ABŞ nadir torpaq metalları ilə bağlı sazişi müzakirə etməyə başlayıblar. O vaxtdan bəri hər iki tərəf Kiyev və Vaşinqtonun maraqlarına cavab verəcək şərtlər üzərində işləyir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see170

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see155

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see140

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see132

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri