Icma.az
close
up
RU
Rəsmi Kiyev: Ukrayna Rusiya danışıqlarından öncə 30 günlük atəşkəs elan edilməlidir

Rəsmi Kiyev: Ukrayna Rusiya danışıqlarından öncə 30 günlük atəşkəs elan edilməlidir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Kiyev, 12 may, AZƏRTAC

Ukrayna ilə Rusiya arasında danışıqlardan əvvəl 30 günlük atəşkəs elan edilməlidir və bu, yaxından izlənəcək. Moskva bundan imtina edərsə, o zaman Qərb ona təzyiqləri artırmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Prezident aparatının rəhbəri Andrey Yermak “RBC-Ukrayna”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynanın mövqeyi təhlükəsizlik təminatı ilə təmin olunacaq ədalətli və uzunmüddətli sülh qurmaqdır. Ona görə də ilk addım kimi hər hansı dialoqdan əvvəl 30 günlük atəşkəs elan edilməlidir. ABŞ avropalıların iştirakı ilə monitorinq imkanlarına malikdir.

O əlavə edib: “Hesab edirik ki, Avropa bütün mərhələlərdə iştirak etməlidir, çünki Ukrayna Avropanın bir hissəsidir, Ukrayna Avropa İttifaqının gələcək üzvüdür. Bundan sonra danışıqların formatı razılaşdırıla bilər”.

Dialoq zamanı Kiyev və Moskva müharibəyə son qoymaq üçün zəruri olan məsələləri müzakirə edəcəklər. O əlavə edib ki, Ukrayna aydın mövqeyə malikdir və Rusiyanın ultimatum dilində danışmasına imkan verməyəcək. Danışıqlar üçün əsas şərtlər beynəlxalq hüquq və BMT Nizamnaməsi olmalıdır.

Yermak vurğulayıb: “Rusiya razılaşarsa, o zaman biz növbəti mərhələyə keçirik ki, bu da aydındır və tərəfdaşlarımız buna hazırdır. Yoxsa, lütfən, Rusiyaya qarşı sanksiyalar və digər tədbirlərlə mütləq və dəqiq şəkildə təzyiq olmalıdır. Çünki biz Rusiyaya inanmırıq. Biz inanırıq ki, onlar yalnız güc dilini başa düşürlər. Ukrayna üçün heç bir sual yoxdur və ona görə də bu gün əsas məsələ Rusiyanın mövqeyindədir”.

Qeyd edək ki, mayın 11-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin atəşkəs ideyasını dəstəkləməkdən imtina edib və Ukrayna ilə birbaşa danışıqların bərpası təşəbbüsünü irəli sürüb. O, eyni zamanda, mayın 15-də İstanbulda görüş keçirilməsini təklif edib.

Həmin gün səhər Ukrayna Prezidenti Volodimir Zelenski dialoqa hazır olduğunu bildirib, lakin əlavə edib ki, bunun üçün ilkin şərt mayın 12-də qüvvəyə minməli olan təsdiq edilmiş atəşkəs olmalıdır.

Daha sonra Türkiyə rəsmi olaraq Kiyev ilə Moskva arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu təsdiqləyib.

Öz növbəsində, ABŞ Prezidenti Donald Trampın Ukraynadakı xüsusi nümayəndəsi Keyt Kelloq iki tərəf arasında danışıqların başlanmasının yalnız atəşkəs əldə edildikdən sonra mümkün olacağını vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri