RƏSMİ MOSKVA DANIŞIQLARDAN GERİ ÇƏKİLİR? Rusiya Putinin iqamətgahına hücum olduğunu deyir və...
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Rusiya prezidenti Vladimir Putinin Novqorod bölgəsindəki rəsmi iqamətgahına hücum çəkib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
O bildirib ki, Ukrayna 91 PUA və droanla rəsmi iqamətgaha hücumedib: "Ukrayna dövlət terrorizminə əl atıb. 28-29 dekabr gecəsi Kiyev rejimi Rusiya prezidentinin Novqorod bölgəsindəki rəsmi iqamətgahına 91 PUA ilə hücuma cəhd edib. Hücumda heç bir ölüm, yaralanma və ya zərər olmayıb".
Lavrov TASS-a açıqlamasında əlavə edib ki, bu, Rusiyanın Ukrayna ilə bağlı danışıqlardan çəkiləcəyinə səbəb olmayacaq. Lakin dialoqa baxışda dəyişiklik olacaq: "Rusiyanın danışıqlar yanaşması Kiyev rejiminin dövlət terrorizmi siyasətinə qəti keçidi nəzərə alınmaqla nəzərdən keçiriləcək. Bu, cavabsız qalmayacaq. Rusiya bu hücuma mütləq cavab verəcək. Putinin dövlət iqamətgahına edilən hücum cəhdindən sonra Rusiyanın hədəfləri və cavab vaxtı artıq müəyyənləşib".
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 29 Dekabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















