Rəsmi Moskva HƏDƏLƏDİ: Rusiyaya qarşı düşmən addımların adekvat cavabı olacaq
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
“İstənilən cəhdlər - Rusiyanı guya məsuliyyətə cəlb etmək üçün Avropa Şurası çətiri altında yaradılan hüquqi mexanizmlər uğursuzluğa məhkumdur”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Aİ ölkələrinin Rusiya əleyhinə “hüquqi təzyiqi” gücləndirmək məqsədilə “Ukrayna üçün beynəlxalq iddia komissiyası” adlı konvensiya layihəsi üzərində işləməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu cür qurumların əsl məqsədi Kiyev rejiminin Rusiyaya qarşı maddi tələblərini əsaslandırmaq və Qərbdə dondurulmuş Rusiya suveren aktivlərinin “oğurlanması” üçün informasiya zəmini yaratmaqdır.
“Belə strukturları dəstəkləyən istənilən dövlətin və ya beynəlxalq təşkilatın fəaliyyəti Rusiyaya qarşı düşmən addım kimi qiymətləndiriləcək və adekvat cavabını alacaq,” – deyə Zaxarova vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 26 Sentyabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















