Icma.az
close
up
RU
Rəsmi Moskva və Kiyevdən Bakıya mesajlar: yeni diplomatik reallıq

Rəsmi Moskva və Kiyevdən Bakıya mesajlar: yeni diplomatik reallıq

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Vladimir Cabarov bildirib ki, Azərbaycan “normal yerdir” və Moskva ilə Bakı arasında yaxşı münasibətlər var: “Əgər Azərbaycan bütün iştirakçıların təhlükəsizliyini təmin etməyə hazırdırsa, mən hesab edirəm ki, bizim danışıqlar qrupunun iştirakçıları Azərbaycana sakit şəkildə gedə bilərlər. Bu halda Rusiya ABŞ və Ukrayna ilə Azərbaycanda üçtərəfli danışıqlara razı ola bilər”. Bundan əvvəl Volodimir Zelenski bu gün Qəbələdə İlham Əliyev ilə mətbuata bəyanatında Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycandə keçirilməsini təklif edib.Bu proses Azərbaycanı real vasitəçi platformaya çevirə bilərmi?

Milli Məclisin deputatı Razi Nurullayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələ ətrafında səslənən fikirlər Azərbaycanın artan diplomatik çəkisinin və regional etimad kapitalının göstəricisidir.

“Həm Vladimir Cabarov tərəfindən verilən açıqlama, həm də Volodimir Zelenski tərəfindən irəli sürülən təşəbbüs göstərir ki, Azərbaycan artıq təkcə regionda deyil, daha geniş geosiyasi müstəvidə etibarlı tərəfdaş və potensial dialoq platforması kimi qəbul olunur”, – deyə deputat bildirib.

O hesab edir ki, Azərbaycanın bu cür danışıqlar üçün məkan kimi təklif edilməsi təsadüfi deyil. Ölkə son illərdə balanslı və praqmatik xarici siyasət yürüdərək həm Qərb, həm Rusiya, həm də region ölkələri ilə işlək münasibətlər qurmağı bacarıb. Məhz bu balans Azərbaycanı emosional deyil, rasional və nəticəyönümlü diplomatiya aparan aktor kimi fərqləndirir və bu da vasitəçilik üçün əsas şərtlərdən biridir.

Deputatın fikrincə, vasitəçi olmaq təkcə coğrafi məkan təqdim etmək deyil. Bu, ciddi siyasi iradə, neytrallıq, etimad və təhlükəsizlik təminatları tələb edən mürəkkəb prosesdir. Azərbaycan müəyyən platformalar təqdim etmək təcrübəsinə malikdir və beynəlxalq tədbirlərin təşkili baxımından özünü dəfələrlə sübut edib. Lakin Rusiya–Ukrayna münaqişəsi kimi həssas və çoxqatlı bir məsələdə real vasitəçi roluna yüksəlmək üçün tərəflərin açıq və davamlı etimadı həlledici amildir.

“Əgər tərəflər doğrudan da Bakını və ya Azərbaycanın digər şəhərlərini neytral və təhlükəsiz məkan kimi qəbul edərlərsə, bu, ölkəmiz üçün həm siyasi, həm də imic baxımından mühüm dividentlər vəd edir. Bununla yanaşı, Azərbaycan bu prosesdə maksimum ehtiyatlı davranmalı, balanslı mövqeyini qorumalı və heç bir tərəfin maraqlarının aləti kimi görünməməlidir”, – deyə deputat qeyd edib. O vurğulayıb ki, belə bir imkan yaranarsa, bu, Azərbaycanın diplomatik potensialının tanınması deməkdir.

Amma real vasitəçiyə çevrilmək prosesin gedişindən, tərəflərin iradəsindən və ən əsası qarşılıqlı etimadın səviyyəsindən asılı olacaq.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Aprel 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri