Icma.az
close
up
RU
Rəsmi nikahdankənar doğulan uşaqların atası necə müəyyən edilir? AÇIQLAMA

Rəsmi nikahdankənar doğulan uşaqların atası necə müəyyən edilir? AÇIQLAMA

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda rəsmi nikaha daxil olmadan ailə həyatı quran insanların sayı kifayət qədər çoxdur. Bu barədə rəsmi rəqəmlər açıqlanmasa da, müşahidələr belə deməyə əsas verir.

Həmçinin, Dövlət Statistika Komitəsi hər il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayını açıqlayır. Bu statistikadan ölkədə vətəndaş nikahlarının sayı tam məlum olmasa da, mövcud vəziyyət barədə fikir irəli sürməyə kifayət edir.

Ölkəmizdə son illərdə rəsmi nikahdankənar doğulan uşaqların azalsa da, bu sahədə tendensiyanın hələ də yüksək olmağa davam edir. 

Son statistikalar göstərir ki, 2023-cü ildə rəsmi nikahdankənar 15 622 uşaq doğulub ki, onların 6019-u şəhər, 9603-ü isə kənd ərazisində dünyaya gəlib. Son 10 il ərzində 2016-cı ildə nikahdankənar doğulan uşaqlar sayında rekord göstərici müşahidə olunub. Həmin ildə 26 288 uşaq nikahdankənar doğulan uşaq kimi qeydə alınıb, onlardan 16 696-ı kənd, 9592-i isə şəhər ərazisində dünyaya gəlib. 

Pandemiya dövründə də rəsmi nikahdankənar doğulan uşaqların sayı çox olub. 2019-cu ildə 21 453, 2020-ci ildə 17 714, 2021-ci ildə 17 556, 2022-ci ildə isə 18 814 uşaq rəsmi nikahdankənar doğulub.

2025-ci ilin ikinci yarısından etibarən qohum evliliyinə rəsmi şəkildə qadağa qoyulacaq, həmçinin nikah yaşının müəyyən səbəblərdən 1 il azaldılmasına da icazə verilməyəcək.

Bəzi ekspertlər iddia edir ki, qohum evliliyinə qoyulan qadağa vətəndaş nikahlarının artmasına səbəb ola bilər.

Bəs rəsmi nikahdan kənar doğulan uşaqların atalarının müəyyən edilməsi necə baş verir?

Modern.az məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə ilə həmsöhbət olub. O bildirib ki, Ailə Məcəlləsinin 44-cü maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

“Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.

Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.

Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.

Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri