Icma.az
close
up
RU
Rəsmi olmayan VPN lərdən qaçın XƏBƏRDARLIQ KONKRET

Rəsmi olmayan VPN lərdən qaçın XƏBƏRDARLIQ KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar VPN-dən (Virtual Private Network — virtual özəl şəbəkə) internet bağlantısını şifrələmək və IP ünvanını gizlətmək üçün istifadə olunur. VPN istifadə edənlər üçün isə təhlükənin olub-olmaması sual doğurur.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlamasında  Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev deyib ki, VPN istifadəsinin təhlükəli olub-olmaması, istifadə olunan VPN-in  növündən və məqsədindən  asılıdır:

O qeyd edib ki, korporativ/dövlət VPN-ləri: söhbət dövlət qurumlarının öz daxili şəbəkələrinə təhlükəsiz giriş üçün istifadə etdiyi şifrələnmiş tunellərdən gedirsə, bu, təhlükəsizliyin bir parçasıdır: “Lakin infrastruktur hücuma məruz qalıbsa, VPN giriş nöqtələri də hədəf ala bilər.

Ümumi (Public/Free) VPN-lər: Kiberhücum zamanı istifadəçilər internetə çıxış tapmaq üçün qeyri-rəsmi və ya pulsuz VPN-lərdən istifadə edirlərsə,  təhlükə dərəcəsi çox yüksəkdir. Çünki bu növ VPN-lərin çoxu istifadəçi məlumatlarını (data logging) toplamaq, reklam hədəfləməsi üçün istifadə etmək və ya hətta zərərli proqramları (malware) ötürmək üçün bir vasitə kimi işlədilə bilər. Kiberhücumun təsiri məsələsi. Əgər hücum infrastrukturu (məsələn, DNS serverləri və ya internet provayderləri) hədəf alınıbsa, VPN tuneli daxilindəki trafik daxili şəbəkəyə çatmadan “kəsilə” və ya “yönləndirilə” bilər”.

F.Musayev məlumatların ötürülmə riskinin mövcudluğundan da bəhs edib: “Bəli, müəyyən hallarda bu risk mövcuddur. Riskləri iki əsas qrupa bölmək olar: Man-in-the-Middle (MitM) hücumları nəzər etsək,  infrastruktura yönəlmiş hücumlar zamanı şəbəkə trafikinin yönləndirilməsi manipulyasiya edilə bilər. Bu zaman hücumçu sizin cihazınız ilə hədəf server (məsələn, dövlət portalı) arasındakı əlaqəni “dinləyə” bilər. Əgər istifadə olunan protokol (HTTPS/TLS) zəifdirsə və ya şifrələmə qırılıbsa, məlumatların (parollar, şəxsi məlumatlar) ələ keçirilməsi mümkündür. Məlumatların sızması mümkündür,  əgər kiberhücum yalnız saytın fəaliyyətini dayandırmaq (DDoS) üçün nəzərdə tutulubsa, bu, məlumatların oğurlanması deyil, sadəcə “əlçatmazlığı” deməkdir. Lakin hücumun məqsədi məlumat bazalarına (database) sızmaqdirsə, onda məlumatların ötürülməsi deyil, artıq  saxlanıldığı yerdən oğurlanması riski yaranır”.

Mütəxəssis bildirib ki, rəsmi olmayan VPN-lərdən qaçınmalı, şübhəli, pulsuz və ya kimin tərəfindən idarə olunduğu məlum olmayan VPN xidmətlərindən istifadə edilməməlidir: “HTTPS protokoluna fikir verin, həmişə saytın ünvanının başında “https://” olduğundan və brauzerdə “kilid” işarəsinin olduğundan əmin olun. Bu, şifrələmənin mövcudluğunu göstərir. Həssas əməliyyatları təxirə salın, dövlət portallarında və ya bank əməliyyatlarında infrastrukturun qeyri-stabil olduğu və hücumların davam etdiyi vaxtlarda maliyyə və ya şəxsi məlumat tələb edən əməliyyatları minimuma endirin. Çoxfaktorlu autentifikasiya aktivləşdirin, bütün rəsmi hesablarınızda (elektron hökumət, bank və s.) ikiqat təsdiqləmə sistemindən istifadə edin. Bu, şifrəniz ələ keçirilərsə belə, ikinci müdafiə qatını təmin edir. Nəticə olaraq dövlət qurumlarının sistemlərinin yüksək keyfiyyətli müdafiə göstərməsi müsbət amildir, lakin bu, “hücumların tam dayandığı” demək deyil. İstifadəçilər kiberhücum dövrlərində internet trafikinin manipulyasiya edilmə ehtimalını nəzərə almalı və rəqəmsal gigiyena qaydalarına daha ciddi yanaşmalıdırlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Oktyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri