Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ ı hədələdi: Unutma, çox ağır şəkildə peşman olacaqsız
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"ABŞ beynəlxalq sularda xəbərdarlıq etmədən İran freqatı "Dena"nı vuraraq dənizdə vəhşət törədib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
O bildirib ki, ABŞ İran sahillərindən 2000 mil məsafədə dənizdə törətdiyi bu aktın cavabını alacaq: "Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan və təxminən 130 dənizçi daşıyan "Dena" freqatı beynəlxalq sularda heç bir xəbərdarlıq etmədən vurulub. Bunu unutma, ABŞ!. Yaratdığınız bu presedentə görə çox acı bir şəkildə peşman olacaqsınz!"
Xatırladaq ki, ABŞ müdafiə naziri Pit Heqset dünən İran freqatının Şri-Lanka sahillərində sualtı qayıqdan atılan torpedo ilə batırıldığını açıqlayıb.
Yayılan məlumata görə, nəticədə 80-dən çox hərbçi hadisə yerində həlak olub. Qalanlar yaralı halda xilas ediliblər.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Mart 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















