Icma.az
close
up
RU
Rəsmi Tokio Pekinlə münasibətləri düzəltmək istəyir

Rəsmi Tokio Pekinlə münasibətləri düzəltmək istəyir

Icma.az, Ayna saytına istinadən bildirir.

Yaponiya Baş nazirin Tayvanla bağlı açıqlamaları səbəbindən yaranan mübahisəni həll etmək üçün Çinə diplomat göndərib

Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) Asiya və Okeaniya Departamentinin rəhbəri Masaaki Kanai Yaponiya Baş naziri Sanae Takaiçinin Tayvanla bağlı açıqlamalarından sonra ölkələr arasında yaranan diplomatik mübahisə ilə əlaqədar olaraq bazar ertəsi günü Çinə səfər edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, "məsələ ilə tanış olan hökumət mənbəsi qeyd edib ki, Kanai çərşənbə axşamı günü Çinli həmkarları ilə keçiriləcək görüşdə Takaiçinin Çin Xalq Respublikasını Çinin yeganə qanuni hökuməti kimi tanıyan 1972-ci il kommunikesində qeyd edildiyi kimi Yaponiyanın mövqeyini dəyişmədiyini vurğulayacaq".

Qeyd edək ki, noyabrın əvvəlində Takaiçi Tayvan ətrafındakı fövqəladə vəziyyətin güc tətbiqi ilə bağlı olaraq Yaponiyanın "yaşamasını təhdid edən vəziyyətə" çevrilə biləcəyini bildirmişdi. “Kyodo” yazır ki, belə bir halda Tokio kollektiv özünümüdafiə hüququndan istifadə edə bilər.

Lakin Çin hakimiyyəti Tayvan məsələsini daxili məsələ hesab edir. Nəticə etibarilə, Çin hakimiyyəti vətəndaşlarını Yaponiyaya səyahət etməkdən çəkinməyə çağırıb və ölkədə təhsil almaq istəyənlərə təhlükəsizlik vəziyyəti ilə əlaqədar qərarlarını yenidən nəzərdən keçirməyi tövsiyə edib. Ötən cümə günü Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Pekindəki səfiri Kenji Kanasugini çağırıb və Baş nazirdən açıqlamalarını geri götürməsini tələb edib.

Yaponiya XİN də öz növbəsində Çinin Osakadakı baş konsulu Xue Jianın Takaiçinin sözlərini kəskin tənqid etməsindən sonra etiraz edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://ayna.az
archiveBu xəbər 17 Noyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri