Rəsmi Vaşinqtondan İlham Əliyevlə Paşinyanın görüşünə reaksiya: ...nə lazımdırsa, ediləcək
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
"Biz, yəni, ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması səylərini dəstəkləyirik".
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce brifinqdə Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan və Ermənistan liderlərinin sülh üçün keçirdiyi görüşə münasibətdə deyib.
Sözçü bildirib ki, ABŞ Cənubi Qafqazda hər zaman sülhə dəsətk verib: "ABŞ Cənubi Qafqazda sülh və sabitliyi həmişə təşviq edib və byu yöndəki səyləri dəstəkləyib. Hazıra biz bu istiqamətdə mətbuatda gedən xəbərləri diqqətlə izləyirik. Tramp administrasiyası və dövlət katibi Rubio kabinet iclasında bu məsələyə yanaşmalarını açıq şəkildə ortaya qoyub. Bu, sülh üçün çalışan bir administrasiyadır və bununla bağlı nə lazımdırsa, ediləcək".
Xatırladaq ki, dünən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. İki lider sülh prosesi ətrafında müzakirıə aparıb və sonda nikbin açıqlamalar veriblər.
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 11 İyul 2025 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















