Icma.az
close
up
RU
Rəsmilər COP29da iştirak etmək üçün Azərbaycana gəlirlər YENİLƏNİB

Rəsmilər COP29da iştirak etmək üçün Azərbaycana gəlirlər YENİLƏNİB

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

18:03

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

17:55

Kot-d'İvuar Respublikasının vitse-prezidenti Tiemoko Meylie Kone BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

16:36

Konqo Demokratik Respublikasının Baş naziri Cudit Tuluka Suminva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

16:02

Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

16:00

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

15:53

İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

15:49

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

15:11

Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alamın rəhbərlik etdiyi nümayəndə heyəti COP29-da iştirak etmək üçün Bakıya gəlib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti İqlim Dəyişiklikləri Nazirliyinin parlament katibi Atiqur Rəhman, vəzifəli şəxslər, tədqiqatçılar, alimlər və digər iqlim ekspertlərindən ibarətdir.

Romina Xurşid Alam konfrans zamanı Pakistanın iqlimə uyğunlaşması və ekoloji sabitliyi üçün ölkədə görülən adaptasiya tədbirlərini diqqətə çatdıracağını bildirib. O, həmçinin Bakıda ətraf mühitin maliyyələşdirilməsinin gündəliyini irəli sürmək üçün müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək.

14:32

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, ölkəmizin Slovakiyadakı səfiri Vüsal Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

14:31

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, ölkəmizin Belarusdakı səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

14:19

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

13:34

Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

13:29

Nepal Federal Demokratik Respublikasının Prezidenti Ramçandra Paudel BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

13:18

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

13:05

Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasının prezidenti Filemon Yanq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

12:51

Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, ölkəmizin Efiopiyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.

12:26

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru Axim Ştayner noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin İdarə rəisi Məmməd Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

12:17

Barbados Respublikasının Baş naziri Mia Amor Mottley noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

11:51

Keniyanın Baş naziri Musalia Mudavadi noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

11:07

Kuk Adalarının Baş naziri Mark Braun noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

10:46

Kuala Lumpur şəhərinin qubernatoru Maimuna Mohd Şarif noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Bundan başqa, Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlend BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də ölkəmizə səfərə gəlib.

10:16

Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

10:09

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

10:01

İndoneziya Respublikasının xüsusi nümayəndəsi Haşim Cocohadikusumo noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

06:59

Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Yakov Milatoviçi Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Finlandiya Prezidentini Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Baş katibi Kayrat Sarıbay noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda TDT-nin Baş katibini Azərbaycanın Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

05:00

Belçika Krallığının Baş naziri Aleksandr De Kro noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşılayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Noyabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri