Icma.az
close
up
RU
Respublika Endokrinoloji Mərkəzdə yoxlamalarla bağlı Rəsmi açıqlama

Respublika Endokrinoloji Mərkəzdə yoxlamalarla bağlı Rəsmi açıqlama

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Baş Prokurorluq və TƏBİB Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanması barədə birgə məlumat yayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir:

“Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, həmçinin hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Mart 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see176

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see160

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see155

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see154

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see153

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see143

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see140

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see139

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see130

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see129

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see128

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see126

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see126

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see126

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see125

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see125

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see123

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see123

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see121

Balakəndən keçən İnterçaydan sel keçir

27 Sentyabr 2025 13:35see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri