Icma.az
close
up
RU
Respublika Gənclər Kitabxanasında “Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında “Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 26 aprel, AZƏRTAC

Bu gün Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin anadan olmasının 117 ili tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir və ictimai xadim, Mir Cəlal Paşayevin anadan olmasının 117 illiyi münasibətilə “Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Virtual sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sərəncamlarn, yazıçının müəllifi olduğu və haqqında qələmə alınan kitabların tam mətni təqdim edilir. Belə ki, virtual sərgidə müəllifin müxtəlif illərdə Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən, minlərlə oxucunun hafizəsində və qəlbində Mir Cəlal obrazını yaradan “Bir ömrün imzası”, “İki rəssam”, “Ədəbi tənqid”, “Füzuli sənətkarlığı”, “Mir Cəlal dünyasından sətirlər”, “Yuxu və külək”, “Ədəbiyyatda romantizm”, “Mir Cəlalın milli ideyaları”, “Mir Cəlal xatirələrdə”, “Mir Cəlal dünyasından sətirlər” kimi 40-dan çox kitabın tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Mir Cəlalın çoxşaxəli bədii və ictimai fəaliyyətindən, Azərbaycan nəsrinə bəxş etdiyi töhfələrdən bəhs edən akademik Nizami Cəfərovun “Mir Cəlal, yaxud ədibin idealları - Nizami Cəfərov”, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Azər Turanın “Mir Cəlal şəxsiyyəti 1937 və 40-cı illər kontekstində”, şair, publisist İntiqam Yaşarın “Müəllimimin böyük ustadı - Mir Cəlal Paşayev”, jurnalist Nəzakət Ələddinqızının “Xeyirxah insan, görkəmli yazıçı, böyük alim - Mir Cəlal Paşayev” kimi 10-dan çox məqalənin tam mətni də sərgilənir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see229

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see204

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see204

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see149

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri