Icma.az
close
up
RU
Respublika Günü ərəfəsində əhatəli əfv sərəncamı gözlənilir: Əfv Komissiyasının üzvündən açıqlama...

Respublika Günü ərəfəsində əhatəli əfv sərəncamı gözlənilir: Əfv Komissiyasının üzvündən açıqlama...

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Novruz bayramı və ya 28 May – Respublika Günü ərəfəsində əfv sərəncamı imzalanacaq. Bununla əlaqədar sabahdan – fevralın 12-dən Əfv Komissiyasının iclasları başlayacaq. İclaslarda Əfv Komissiyasının üzvləri məhkumlar, onların ailə üzvləri, vəkilləri, hüquq müdafiəçiləri, Ombudsman, hətta deputatlat və s. tərəfindən daxil olan ərizələrin müzakirəsini aparacaq.

Əfv Komissiyasının üzvlərindən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Bizimyol.info xəbər portalına bildirib ki, iclaslarda bütün müraciətlər hərtərəfli araşdırılır. Onun sözlərinə görə, Əfv Komissiyasına bəzən minlərlə ərizə və müraciət daxil olur: “Komissiya üzvləri onların hər birinə həssas yanaşır və araşdırır. Çünki hər bir ərizənin arxasında insan taleyi dayanır. Müzakirələrdən sonra hər bir ərziə ilə bağlı rəy verilir. İmzalanan hər bir əfv sərəncamı cəmiyyətə müəyyən bir mesajdır. Müzakirələr zamanı bizim üçün vacib olan həm də əfv olunmaq üçün müraciət edən şəxsin islah olunmaq imkanıdır. O, cəmiyyət üçün təhlükə yaratmamalıdır. Cəmiyyət tərəfindən normal qarşılanma önəmlidir”.

Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev bildirib ki, Əfv Komissiyası müzakirələr nəticəsində siyahı hazırlasa da, bu, həmin şəxslərin əfv olunması anlamına gəlməməlidir. Çünki yekun qərarı Prezident verir. Konstitusiyaya görə, əfv etmək Prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Əfv Komissiyasının səlahiyyətində olan məsələ daxil olan ərizə və müraciətləri araşdırıb, əfv olunması məqbul hesab edilən şəxslərin siyahını hazırlayıb, dövlət başçısına təqdim etməkdir.

Əliməmməd Nuriyev xatırladıb ki, 1995-cü ildən indiyədək 70 dəfə əfv sərəncamı imzalanıb. Bunlardan 33-nü mərhum Prezident Heydər Əliyev, 37-ni isə hazırkı dövlət başçısı İlham Əliyev imzalayıb.

Bu sərəncamlar 10 min nəfərdən çox məhkuma şamil olunub. Bunların da bir qismi cəzasının qalan hissəsindən azad edilərək, həbsdən buraxılıb. Bəzi şəxslərin cəzası yarıbayarı azaldılıb. Elə insanlar da olub ki, əfv sərəncamı ilə üzərindəki məhkumluq götürülüb.

Əfv Komissiyasının iclaslarının həftədə bir və ya iki dəfə keçirilməsi nəzərdə tutulub. Bu səbəbdən də Komissiya üzvü əfv sərəncamının Novruz bayramı, yoxsa Respublika Günü ərəfəsində veriləcəyini dəqiq bilmir. Əliməmməd Nuriyev vurğulayıb ki, əfv sərəncamının imzalanması məsələsi prezidentin müstəsna səlahiyyətində olduğundan vaxtla bağlı konkret fikir söyləmək çətindir.

Prezident İlham Əliyev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bunu nəzərə alaraq, sərəncamın da məhz 28 May – Respublika Günü ərəfəsində imzalanması daha çox ehtimal edilir.

Məhz 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olduğundan budəfəki əfv sərəncamının daha çox şəxsə şamil olunacağı istisna edilmir.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri