Respublika Qan Bankı könüllü qanvermə aksiyasına start verib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 avqust, AZƏRTAC
Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı bu gündən etibarən “Dəniz Mall” ticarət mərkəzində növbəti könüllü qanvermə aksiyasına başlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya avqustun 31-dək hər gün saat 13:00-dan 20:00-dək davam edəcək.
Aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqların müalicəsi üçün həyati vacib olan qan və qan komponentlərinin toplanmasıdır. Qan donorluğu vasitəsilə hər bir vətəndaş bu uşaqların sağlam gələcəyi naminə dəyərli töhfə verə bilər.
Qanvermə prosesi tam təhlükəsizdir və tibbi normalara uyğun həyata keçirilir. Donorların sağlamlıq vəziyyəti əvvəlcədən müayinə edilir, yalnız qanverməyə yararlı şəxslər aksiyaya cəlb olunurlar.
“Respublika Qan Bankı bütün vətəndaşları bu xeyirxah missiyaya qoşulmağa çağırır – sizin bağışladığınız hər qan bir uşağın həyatına işıq saçır!”, - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 18 Avqust 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















