Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”–“Çelsi” oyunu ilə əlaqədar Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
Bu barədə 525.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.
Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.
Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Qarabağ”–“Çelsi” oyunu baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 05 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















