Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 24 dekabr, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının yaranmasının 60 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova kitabxananın təhsilə dəstək məqsədilə daim uşaqlara bilik aşıladığını, oxuyan, düşünən, araşdıran nəsillərin yetişməsinə xidmət edən məktəbdənkənar təhsil müəssisəsi olduğunu söyləyib. O, Respublika Uşaq Kitabxanasının uşaqlığın, saf düşüncənin, gələcəyin evi olduğunu vurğulayıb.
Daha sonra direktor Mədəniyyət Nazirliyinin təbrik məktubunu kitabxana kollektivinin diqqətinə çatdırıb.
Tədbirdə həmçinin, Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi müxtəlif layihələr və mədəniyyət tədbirləri haqqında məlumat verilib. Bu layihələr, tədbirlər, görüşlər və kitab təqdimatları uşaqların təhsilini və inkişafını dəstəkləyərək, onların mədəniyyətə olan maraqlarını artırmaq məqsədi daşıdığını diqqətə çatdırılıb.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən 60 illik yubiley münasibətilə uzun illər kitabxana işi sahəsində xidmətlərinə, gənc nəslin estetik tərbiyəsindəki işində səmərəli fəaliyyətinə, kollektivin ictimai həyatında fəal iştirakına görə bir qrup əməkdaş fəxri fərmanla təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 24 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















