Icma.az
close
up
RU
Rəssam, filosof: Soltan Soltanlı 50

Rəssam, filosof: Soltan Soltanlı 50

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Bu dəfə sizə Ağsu rayonunun Kalva kəndində dünyaya gələn bir rəssam haqqında söhbət açmaq istəyirəm. Əvvəlcə onu deyim ki, qəhrəmanımın doğulub böyüdüyü kəndin qəribə səslənən adı sizi çaşdırmasın. Bu ad türkcədəki "kalafa" sözündəndir. Bu da "çala, çökək, dərə" mənasını verir. Zarafat deyil, o, indiyədək Türkiyə, Cairo, Makedoniya, Koreya, İndoneziya, İspaniya, Çin, Misir kimi məşhur yerlərdə keçirilən müxtəlif rəsm müsabiqələrində dəfələrlə yer tutub, karikatura festivallarının, sərgilərin mükafatına layiq görülüb. Onun "Əsir qadın", "Qoyunotaranlar”, "Gələcəyin şəhəri", "Əsarət və məhəbbət", "Bülbül ilə natürmort", "Ağ buludun kölgəsində" adlı kətan üzərində yağlı boya ilə çəkdiyi əsərləri tamaşaçılar tərəfindən çox bəyənilib, yaxşı qarşılanıb...

Deyir ki:- “Mənim doğulub böyüdüyüm kənd dağların qoynunda yerləşir, bu baxımdan həmişə gözəlliklərin içərisində olmuşam. Məni rəssam edən həmin kənd oldu. Uşaqlıqdan rəssamlıqla bağlı bütün duyğularımı təbiətdən almışam. Buna görə “təbiət” adlı müəllimə minnətdaram. Təbiətlə bağlı obrazlarım gördüklərimin ifadəsidir. Bu gün Bakıda yaşasam da kəndimizə tez-tez gedirəm və hər dəfə oranı görəndə yeni bir əsər yaranır. Məndə bulud obrazı var. Misal üçün “Bulud altında çimən qadınlar” əsərində mən buludu obrazlaşıdırmışam, yəni burda bulud ayrıca obrazdır, fon deyil. Buluda xüsusi münasibətim var və məni təbiət hadisələri içərisində ən heyrətləndirən də odur...”

Bəli, o, 1976-cı ildə Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulub. Orta təhsilini orada başa vurduqdan sonra Bakıya üz tutub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunub. 1997-ci ildə oranı bitirdikdən sonra, 1997–2000-ci illərdə həmin universitetin dilçilik üzrə magistraturasında oxuyub. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür...

“Uşaq olanda rəssamlıq məktəbinə qəbul olunmaqdan ötrü ürəyim gedirdi. Hesab edirdim ki, məktəbi oxuyandan sonra rəssam olacam. 1991-ci ildə gəldim Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə, qəbul ola bilmədim. Geriyə, kəndə qayıtdım. Atam mənim rəssam olmağımı istəmirdi, çəkdiklərimi də cırırdı. Baxmayaraq ki, atam özü müəllim, dünyagörüşlü insan idi, hər dəfə istehza ilə deyirdi ki, saqqalı uzun, cibi boş adamlara rəssam deyilir, get özünə başqa sənət tap. Niyə danım, o vaxt mənim içimdəki əsas istək isə kənddən çıxmaq idi. Gəlib ADPU-nun filologiya fakültəsinə qəbul olundum, sonra da dilçilik üzrə magistr oxudum. Amma ikinci kursda qəti fikir yarandı ki, institutu atıb, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə gedim. Artıq rəssamlarla görüşmüşdüm, onların emalatxanalarında olmuşdum. Evdə bu qərarı pis qarşıladılar. Gördüm ki, təhsil almasalar da, dünya rəssamlığına böyük töhfələr verən, öz məktəblərini yaradanlar az olmayıb. Məsələn, fransız rəssamı Pol Sezan, Pol Qogen, Meksika rəssamı Frida Kahlo və s.. Belələri çoxdur. Məşhur xalçaçı rəssam Lətif Kərimov tələbələrinə deyərmiş ki, sərgilərdə heç bir rəssam diplomunu asmır, əsərini asır. Yeri gəlmişkən, Lətif Kərimov da heç bir təhsil almamışdı. Beləcə qərara gəldim ki, bu sahə üzrə təhsil almayacağam.”- söyləyir.

Bunun bir başqa səbəbi də olub. Tanıdığı bütünrəssamların əsərlərində oxşarlıq görüb. Görübki, hamısının iş üsulları, düşüncələri oxşardır. Düşünüb ki, hamısı bir məkdəbdən keçdiyiüçün, bu eyniliyi yaradan səbəb, onlarınaldıqları təhsildir. Və özünü bu qəlibdənqorumağa məcbur olub. Necə deyərlər, başqalarına oxşamaq istəməyib, özü olmağıarzulayıb.

Deyir ki:- “Bəlkə də rəssamlıq məktəbiniqurtarsaydım, mənim fərdi məktəbimolmayacaqdı.

Üslub odur ki, min nəfərdən biri tamam ayrıyolla gedir. Alim Qasımov muğamda heç kiməbənzəmirsə, bu, məhz onun yoludur. Adam var ki, 70 il yazıb yaradır, amma üslubu yoxdur. Baxan kimi bilinir ki, bu filankəsin dəsti-xətti, ideyası, rəngidir. Şairdə, rəssamda, bəstəkardada bu bilinir. Üslub yoxdursa sənət yoxdur, yaradıcı yoxdur, rəssam yoxdur...”

O, özündən öyrənməyə üstünlük verir. Axırəssamın yaradıcılığı üçün fəlsəfilik, təkrarsızlıqbaşlıca amildir…

Bildinizmi kimdən danışıram? Yəqin ki, aranızda onu tanıyanlar da var. Beynəlxalqmüsabiqələrin qalib və mükafatçısı, sərgi vəfestivalların iştirakçısı olan rəngkar, qrafik vəkarikaturaçı Soltan Soltanlıdan. Əsərləribeynəlxalq kataloqlarda yer alan və müxtəlifölkələrdəki muzeylərdə, eləcə də özəlkolleksiyalarda saxlanılan bir rəssamdan...

Aprelin 16-sı Soltan Soltanlının 50 yaşı tamamolur. Onu bu münasibətlə təbrik edir, SəttarBəhlulzadə məqamına yüksəlməsiniarzulayıram...

Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri