Icma.az
close
up
RU
Restoran partladı: Üçmərtəbəli bina ÇÖKDÜ

Restoran partladı: Üçmərtəbəli bina ÇÖKDÜ

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbulun Beyoğlu rayonunun Bereketzade məhəlləsində yerləşən Yanıkkapı küçəsində bu axşam saat 21:45 radələrində iki mərtəbəli binanın zirzəmisində fəaliyyət göstərən büfədə naməlum səbəbdən partlayış baş verib. Hadisə nəticəsində bina çöküb.

Bu barədə News24.az türk mediasına istinadən xəbər verir. 

Əraziyə dərhal FHN (AFAD), yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. İlkin məlumatlara görə, bina boş olub və xəsarət alan yoxdur. Partlayışın gücü ətrafdakı dörd binaya və bir neçə nəqliyyat vasitəsinə ziyan vurub.

İstanbul Valiliyindən verilən açıqlamada, hadisə yerində araşdırmaların davam etdiyi, hazırda ölüm və ya xəsarət faktının qeydə alınmadığı bildirilib.

Hadisə yerində jurnalistlərə açıqlama verən İstanbul valisi Davut Gül, ilkin ehtimallara görə büfədə iki ədəd 12 kiloqramlıq qaz balonunun partladığını bildirib: “Əsas səbəb texniki araşdırmalardan sonra məlum olacaq. Çox şükür, insan itkisi yoxdur. Dövlət olaraq sakinlərimizin zərərinin qarşılanması üçün bütün imkanlarımızı səfərbər edəcəyik”.

Hazırda AFAD-ın koordinasiyası ilə ərazidə sonuncu dəfə axtarış-xilasetmə işləri aparılır. Hadisə ilə bağlı hər hansı cinayət tərkibli halın aşkarlanmadığı, hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilib.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri