Icma.az
close
up
RU
Restoran və şirkət rəhbərləri belə aldadılıb İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI

Restoran və şirkət rəhbərləri belə aldadılıb İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

İnstaqram sosial şəbəkəsində müxtəlif adamları eyni üsulla aldadan Firuddin Həsənovun cinayət əməllərinin təfərrüatı məlum olub. Firuddin daha əvvəl də eyni əməllərə görə məhkumluq həyatı yaşayıbmış.

Moderator.az xəbər verir ki, 26 yaşlı Firuddin maddi vəziyyətinin yaxşı olmaması səbəbindən bu addımı atdığını deyib. Bildirib ki, İnstaqram sosial şəbəkəsində müxtəlif restoranların, mağazaların, şirkətlərin səhifələrini izləyib. Əvvəlcə şirkətlərin müdirini, rəhbər şəxslərini müəyyən edib. Sonra da həmin adamların şəxsi İnstaqram səhifələrini tapıb. Onların fotolarını götürərək öz istifadəsində olan mobil telefonun “vatsap” sosial şəbəkə hesabına yerləşdirib. Sonra da şəklini yüklədiyi adamaların dostlarını sosial şəbəkə üzərində axtarmağa başlayıb. Həmin şəxslərə yazaraq onlardan müxtəlif adlarla pul almağa başlayıb. Mağaza və restoranların müdirlərinin fotosunu tapan zaman isə birbaşa həmin mağaza və restoranın əlaqə nömrəsinə yazırmış. Orada olan işçilərə kassada olan pulu təcili olaraq karta köçürülməsini istəyirmiş.

“Brend outlet” mağazası, “İcon De Louvre” restoranı və bir neçə şirkət də bu əməllərin qurbanı olublar.

Firuddinin əməllərindən zərərçəkənlərin sayı 11 nəfər olaraq müəyyən edilib. Onlara 500-2000 min manat arasında zərər dəydiyi müəyyən edilib. Firuddin pul istədiyi şəxslərə maddi vəziyyətinin yaxşı olmadığını deyib. Pulu ödəyən şəxslər də qarşı tərəfdəkinin dostları, tanışları olduqlarını düşünüblər. Amma sonradan hamısı aldadıldığını bilib. Çünki onlar dostları ilə üz-üzə gəldikdə bu söhbətlər açılıb və aldadıldıqları məlum olub. Bəzən elə olub ki, Firuddinin dələduzluq əməli baş tutmayıb. Çünki Firuddin bir nəfərin adından başqa bir nəfərə yazıb pul istəyəndə, həmin şəxslər elə bir yerdə olublar. Onlar aldadılmadan bu mesajın dələduzluq məqsədi ilə yazıldığını biliblər.

Firuddin aldığı pulların əsas hissəsini yoldaşının kartı vasitəsi ilə nağdlaşdırıb. Onun adına bir neçə mobil nömrə olub. Hətta yoldaşının adına da nömrələr alıb.

Zərərçəkmişlərə dəymiş zərər ödənilməyib və onlar şikayətçi olduqlarını deyiblər.

Təqsirləndirilən Firuddinin yoldaşı da məhkəmədə dindirilib. O, Firuddinin bu əməllərindən xəbərsiz olduğunu bildirib.

Oğurluqda və dələduzluqda ittiham edilən Firuddin bu dəfə 3 il 6 ay həbsxana həyatı yaşayacaq. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Yanvar 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri