Icma.az
close
up
RU
“Restoranlarda qiymət bahadırsa vətəndaş getməsin, bu çörək, metro deyil ki...”

“Restoranlarda qiymət bahadırsa vətəndaş getməsin, bu çörək, metro deyil ki...”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəhər sakinləri son günlər paytaxtın bir sıra restoranlarında qiymətlərin artdığını deyirlər. Onlar qeyd edirlər ki, bəzi restoran sahibləri süni şəkildə qiymətləri artırıb.

İqtisadçı ekspert Xalid Kərimli Moderator.az-a açıqlamasında bildirib ki, qiymət artımı təkcə iaşə yox, otel sektorunda da müşahidə olunur. 

“Gözlənilən odur ki, qiymətlər yenidən əvvəlki vəziyyətinə qayıtsın. Burada bir məqam var. İaşə sektorunda inhisarçılıq olmadığına görə, təqdim edilən məhsulların ximətləri də hökümət tərəfindən tənzimlənmədiyinə görə restoranlar sərbəstdirlər. İaşə sektoru istəyər ki, qaldırdığı qiyməti davam etdirsin. Burada onların marağında daha çox pul qazanmaq, imkanları genişləndirməkdir. Ola bilsin ki, müəyyən məqamdan sonra da, yəni bu turist bumu bitəndən sonra da qiymətləri saxlamağa cəhd etsinlər. Bu alıcılardan asılı olacaq. Əgər alıcı əvvəl 10 manata olan məhsulu indi də 15 manata almağa razıdırsa, bu pulu ödəyirsə, iaşə obyekti əlbəttə ki, qiymətləri aşağı salmayacaq. Burada rəqabət, alıcıların davranışı, qiymətlərə reaksiyası önəmli rol oynayacaq” deyə ekspert bildirib.

Xalid Kərimli bildirib ki, turist axını qiymətlərin artmasına daha da çox səbəb olur:

“Vətəndaşlar qiymət artımından narazıdırlarsa həmin obyketlərin fəaliyyətini boykot edə bilərlər. Çünki bu metro, çörək deyil ki, insan mütləq istifadə etməlidir, məcburidir. Restoranın qiyməti bizim cibimizə uyğun deyilsə biz imtina etməliyik. Hesab ediriksə ədalətsiz qiymət artımına gedib sahibkar onu cəzalandırmaq birinci elə alıcının hüququdur. Burada sahibkarın humanist, sosial, öz müştərişlərini düşünərək hərəkət etməsini gözləmək lazım deyil. Bazar iqtisadiyyatında qiymətlər alıcıların davranışından və rəqabətdən asılı olur. Restoran sektoru kifayət qədər rəqabətli sektordur. 15 il bundan öncə Gürcüstandakı qiymətlər burdan iki dəfə ucuz idi. Hazırda əminliklə demək olar ki, iaşə və otel sektorunda Gürcüstanda qiymətlər burdakından ən azı 50 faiz yüksəkdir” deyə ekspert Xalid Kərimli bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri