Icma.az
close
up
RU
Rəsul Quliyev YAP a keçir? ABŞ dən gələn siqnal gündəm oldu

Rəsul Quliyev YAP a keçir? ABŞ dən gələn siqnal gündəm oldu

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Milli Məclisin sabiq sədri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyevin fəxri sədri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) fəaliyyətini dayandıraraq üzvlərinin Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək üçün müraciət etməsi ilə bağlı məlumatlar var. 

“Yeni Sabah” xəbər verir ki, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Azər Badamov Modern.az-a açıqlamasında onlara belə bir rəsmi müraciətin daxil olmadığını, gələcəkdə belə bir addım atılarsa, rəhbər orqanlar tərəfindən siyasi və hüquqi aspektlər nəzərə alınmaqla qərar qəbul oluna biləcəyini bildirib:

“Yeni Azərbaycan Partiyası regionun ən perspektivli siyasi təşkilatıdır. Kimlərincə öz fəaliyyətlərini bizim partiyada görməsi çox normaldır. Partiyamızın siyasi fəaliyyət tarixində müxtəlif siyasi təşkilatların bizə qoşulması və vahid siyasi platformada birləşməsi ilə bağlı zəngin təcrübə formalaşıb. Məlum olduğu kimi, müxtəlif dövrlərdə Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyası kimi siyasi təşkilatlar fəaliyyətlərini dayandıraraq Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərar qəbul ediblər. Bu addımlar həmin partiyaların ölkənin aparıcı siyasi qüvvəsi ətrafında birləşmək, dövlətçilik maraqlarına xidmət etmək və Azərbaycanın inkişaf strategiyasına dəstək vermək niyyətindən irəli gəlirdi". Dördpendirli pizza

Azər Badamov Gələcək Azərbaycan Partiyasından YAP-a birləşmək istəyi ilə bağlı partiyanın İdarə Heyətinə hər hansı rəsmi müraciət etmədiyini bildirib.

"Təbii ki, gələcəkdə belə bir müraciət təqdim olunarsa, məsələ partiyanın rəhbər orqanlarında geniş şəkildə müzakirə edilərək siyasi və hüquqi aspektlər nəzərə alınmaqla müvafiq qərar qəbul oluna bilər. Ümumilikdə, Azərbaycanda sağlam siyasi münasibətlərin formalaşması, milli maraqlar ətrafında həmrəyliyin gücləndirilməsi və dövlətçilik ənənələrinin qorunması baxımından siyasi qüvvələrin konstruktiv əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Bu mənada, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına birləşmək istəyən siyasi təşkilatların təşəbbüsləri demokratik siyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirilə bilər”.

Rəsul Quliyevin Azərbaycandakı təmsilçisi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da birləşəmk barədə xəbəri təkzib edib. Ancaq Rəsul Quliyevin son sosial media paylaşımları birləşmək barədə iddiaları inandırıcı edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 May 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri