Icma.az
close
up
RU
Rəsulzadəni bu tarixi gündə rəhmət və ehtiramla yad edirəm Fuat Oktay

Rəsulzadəni bu tarixi gündə rəhmət və ehtiramla yad edirəm Fuat Oktay

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Bu gün biz Azərbaycanın tarixi qərarlarının qəbul olunduğu bu ali məclisin yaradılmasının 106-cı ildönümünü birlikdə qeyd edirik. 106 il əvvəl, tarix səhifələri 1918-ci il mayın 28-i göstərdiyi zaman Can Azərbaycan öz müstəqilliyini elan etdi və 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə ilk müqaviləni imzaladı. Bu müqavilənin 4-cü maddəsinə uyğun olaraq Osmanlı hökuməti Nuri Killigil Paşanı Qafqaz İslam Ordusu ilə erməni və bolşevik quldur dəstələrinin işğalına qarşı ingilis qüvvələri Azərbaycana göndərildi. O illərdə  biz də Anadoluda yeddi gücə qarşı müstəqillik uğrunda mübarizə aparırdıq".

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Milli Məclisində keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib:

"O vaxtlar millətimizin od köynəyi geydiyi, iki qardaşın məhv olub tarixə qovuşmaq istənildiyi illər idi. "Tarixə gömülmək bir yana, bu çətin şəraitdə şanlı qələbələrə imza atdıq. Biz bir-birimizin müstəqilliyini, azadlığını öz müstəqilliyimizdən, azadlığımızdan ayrı görmədik. Canımızı, qanımızı qurban verdik, şanlı qələbələr qazandıq.

Nəhayət, düz 106 il əvvəl bu gün, 1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin Məclisi işinə başladı. Bu münasibətlə Azərbaycan Respublikası Milli Məclisinin qurucusu mərhum Məmməd Əmin Rəsulzadəni bu tarixi gündə rəhmət və ehtiramla yad edirəm".

Türkiyəli millət vəkili deyib ki, Azərbaycan və Türkiyəyə gəlincə, "biz həmişə qəlbimizin dilində danışırıq: Qəlbimiz də deyir ki, biz öz yurdumuzda, öz qardaşlarımızın yanındayıq.

Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ortaq tariximizin əlamətlərindəndir", - deyib.

F.Oktay bildirib ki, hər sahədə iki ölkənin əməkdaşlığı güclü və möhkəm şəkildə inkişaf edir: "Çünki bu, iki dost ölkə deyil, iki əsl qardaş arasında olmalıdır. Dövlət başçılarımızın və millətimizin güclü iradəsinə uyğun olaraq biz XXI əsrdə tarix yazmağa davam edirik.

Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən coğrafiyada yerləşən ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələri həm regionun, həm də qlobal iqtisadiyyatın sabitliyinə və çiçəklənməsinə töhfə verir".

Türkiyəli parlamentari onu da bildirib ki, əsas istək ondan ibarətdir ki, regionda gərginliyi azaltmaq və problemləri dialoq yolu ilə həll etməkdir: "Arzu edirik ki, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi tezliklə uğurla başa çatsın.

Qarabağ zəfəri ilə əldə edilən bu fürsət həm də Cənubi Qafqazda daimi sülhün, sabitliyin və inkişafın təmin edilməsi üçün bir şansdır".

Fuat Oktay söyləyib ki, ümumi baxışın və gələcəyin qurulmasında daha mühüm rol oynayacağına tam inanır.

"Parlamentlərimizin çoxəsrlik təcrübəsi ilə əməkdaşlığı ürəyimizdə təzə tumurcuqlar çıxaracaq və bizi beynəlxalq platformalarda daha da irəli aparacaq.

İnanırıq ki, Türkiyə-Azərbaycan qardaşlığı sonsuza qədər davam edəcək. Biz Bakını Ankaradan, Laçını İstanbuldan, Şirvanı Bursadan, Ağdaşı İzmirdən ayrı görmürük və görməyəcəyik də", - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri