Icma.az
close
up
RU
“Resurs” ADPU nun Quba filialında tədbir keçirdi FOTOLAR

“Resurs” ADPU nun Quba filialında tədbir keçirdi FOTOLAR

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

“Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətdə milli şüur probleminin təhlili” layihəsi çərçivəsində növbəti tədbirini Quba rayonda ADPU-nun Quba filialında keçirib. Tədbiri giriş sözü ilə açan “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin “Cəmiyyətdə milli şüur probleminin təhlili” layihəsinin icrasına cəlb olunmuş əməkdaşı Qismət İsmayılov 44 günlük Vətən Müharibəsində əldə olunan hərbi zəfərdən, müharibə dövründə xalqın Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşək, Müzəffər ordumuzun torpaqlarımızın azad edilməsində göstərdiyi qəhrəmanlığından danışdı. Bildirdi ki, Vətən müharibəsində igidlik göstərən vətən oğullarının şücaəti milyonlarla insanlara qələbə sevincini yaşatdı. Bu qələbə tarixin yaddaşına əbədi həkk olunub. İllər, əsrlər keçsə də qazanılan hərbi qələbə yaddaşlardan silinməyəcək, Gələcək nəsillər böyük qürurla və fərəhlə parlaq hərbi zəfəri qeyd edəcəklər.

Q.İsmayılov gənc nəsli vətənə, dövlətə bağlılıq ruhunda böyüməsinin, tərbiyə olunmasının vacibliyini söylədi və tədbir iştirakçılarını bu istiqamət də maarifləndirmə işinin təşkilində fəal olmağa çağırdı.

Tədbirdə çıxış edən Quba rayon icra hakimiyyətinin əməkdaşı Aynur Yəhyayeva 44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan xalqının Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərə imza atdığını söylədi.

ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekan səlahiyyətlərini icra edən Nübar Bayramova, 44günlük Vətən Müharibəsində böyük zəfərə imza atan Azərbaycan xalqının işğaldan azad edilən ərazilərin qurulmasında, cənnətə çevrilməsində böyük fədakarlıq, yüksək əzmkarlıq göstərdiyini söylədi: “Artıq 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımız bu gün dirçəlir. O yerlərə yeni nəfəs gəlir. Tikinti, təmir və bərpa işlərindən sonra insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Biz işğaldan azad edilən ərazilərə qayıtmışıq və əbədi olaraq da o yerlərdə yaşayacağıq”.

Tədbirdə çıxış edənUniversiteti tələbələri Mələk İbrahimova, Zəhra Qasımova, şəhid Aqil Məlikovun həyat yoldaşı, ADPU-nun Quba filialının akademik məsləhətçi Günel Məlikova, Universitetin kitabxanasının müdiri Samirə Hacıyeva, Quba rayonu ikinci Nügədi kənd kitabxanasının müdiri Fərəh Tacıyeva və digərləri 44 günlük Vətən Müharibəsi tariximizin ən şanlı səhifəsi olduğunu bildirdilər. Qeyd olundu ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbə dünyanın hərb tarixinə qızıl hərflərlə yazılacaq və heç zaman yaddaşlardan silinməyəcək.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.

Natiq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 İyul 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri