“Reuters” Çinin tələbi ilə Putin və Si Cinpinin videosunu sildi
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Reuters” Çinin Mərkəzi Televiziyasının (CCTV) tələbi ilə Pekində keçirilən hərbi parad zamanı Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinin müasir texnologiyalardan istifadə etməklə gözlənilən ömür uzunluğunun artırılması imkanlarını müzakirə etdiyi 4 dəqiqəlik videonu silib.
Yeniavaz.com xəbər verir ki, CCTV əvvəlcə paradın görüntülərini, o cümlədən Si və Putinin kürsüyə qalxıb söhbət etdiyi anlardan istifadə etməyə icazə verib.
Agentlik həmin kadrları dörd dəqiqəlik videoya çevirərək onu bütün dünya üzrə minlərlə abunəçisinə, o cümlədən əsas televiziya kanallarına yayıb. Digər beynəlxalq agentliklər də videonun öz versiyalarını yayıblar.
Sentyabrın 5-də “Reuters” CCTV-nin hüquq departamentindən yayımçıdan videonu silməyi tələb edən rəsmi məktub alıb. Agentlik görüntülərdən istifadə şərtlərini pozduğunu iddia edib.
“Reuters” heç bir qanun pozuntusuna rast gəlmədiyini bildirərək videonu silib.
“Biz kadrları diqqətlə nəzərdən keçirdik və dəqiq və qərəzsiz jurnalistikaya uzun müddət davam edən öhdəliyimizin pozulduğuna inanmaq üçün heç bir əsas görmürük”, - agentlik bildirib.
Bu mövzuda digər xəbərlər:Si Cinpinin “əjdaha fil tanqosu”
28 Avqust 2025 12:58
Tramp və Si Cinpinin razılığıa gəliblər?
19 Sentyabr 2025 19:33
Putin: Si Cinpinin mayda Rusiyaya səfər proqramı zəngin olacaq
01 Aprel 2025 17:39
Kreml Putin və Si Cinpinin söhbəti ilə bağlı suala cavab verib...
30 Oktyabr 2025 19:20
Tramp Si Cinpinin dəvəti ilə apreldə Çinə gedəcək
25 Noyabr 2025 18:55
Baxış sayı:117
Bu xəbər 06 Sentyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















