“Reuters”: Cozef Bayden administrasiyası Kiyev üçün son yardım paketini elan edəcək AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 dekabr, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden administrasiyası yaxın günlərdə Ukraynaya 1,2 milyard dollar həcmində son yardım paketini elan edəcək.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Ukraynada Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) vasitəsilə Kiyevə veriləcək paketə artilleriya mərmiləri və zenit raketləri daxil olacaq. Kiyevə təqdim olunan hərbi texnika mövcud ehtiyatlardan deyil, müdafiə şirkətlərinə verilən sifarişlərdən əldə ediləcək. Bu o deməkdir ki, onların döyüş meydanına çatmasına aylar və ya illərlə vaxt lazım olacaq.
Ekspertlərin sözlərinə görə, bu, Donald Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-ın USAI çərçivəsində Ukraynaya birbaşa hərbi yardımın sonuncu partiyası ola bilər.
Qeyd edək ki, Vaşinqton 2022-ci ilin fevralından bəri Kiyevə 175 milyard dollarlıq yardım edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 20 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















