Reuters: NATO Ukraynaya silah tədarükü üçün yeni mexanizm üzərində işləyir
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Atlantika Alyansı Ukraynaya silah tədarükü üçün yeni mexanizm üzərində işləyir.
"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən "Reuters" məlumat yayıb.
Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, Ukrayna hakimiyyəti onun üçün prioritet silahların siyahısını tərtib etməli və onu 500 milyon dollarlıq hissələrə ayırmalıdır.
Bundan sonra NATO müttəfiqləri təşkilatın baş katibi Mark Rütte ilə birlikdə vəsaitin haradan gələcəyinə qərar verəcək. Ehtimal olunur ki, bu yanaşma sayəsində alyans Ukraynanı 10 milyard dollar dəyərində Amerika silahları ilə təmin edə biləcək.
Mənbələrdən birinə görə, bu, Avropa ölkələrinə ABŞ-dan daha tez silah almağa və uzun bürokratik prosedurlardan qaçmağa imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 02 Avqust 2025 03:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















