Icma.az
close
up
RU
Reuters: “Rusiyanın neft zavodlarına zərbələr ABŞ nin xeyrinədir”

Reuters: “Rusiyanın neft zavodlarına zərbələr ABŞ nin xeyrinədir”

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, “Reuters” agentliyinə istinad edən “RBK-Ukrayna” telekanalının məlumatına görə, bu məsələ xüsusilə yay mövsümü bitdikdən sonra da yanacağa tələbatın yüksək olduğu ABŞ-də daha aktualdır.
“Reuters” agentliyi bildirir ki, bu yaxınlarda Rusiyanın neft emalı gücünün ən azı 17%-ni təşkil edən, gündə təxminən 1,1 milyon barrel istehsal gücünə malik obyektləri müvəqqəti olaraq sıradan çıxıb. Ukrayna həmçinin Baltik dənizindəki Ust-Luqa terminalını və Belarus, Slovakiya və Macarıstanı təchiz edən “Dostluq” neft boru kəmərini vurub.
“Rusiyanın enerji infrastrukturuna zərbələr üç ildən artıqdır ki, davam edən müharibədə böyük eskalasiyaya səbəb olub. ABŞ prezidenti Donald Tramp atəşkəsə nail olmağa çalışdığı halda Kiyev Kremlin əsas gəlir mənbələrini hədəfə alıb”, - agentliyin dərc etdiyi materialda deyilir.
Rusiya daxilində emal həcminin azalması Moskvanı avqust ayında Qərb limanlarından neft ixracını gündə 200 min barrel və ya təxminən 11% artırmağa məcbur edib.
Bu arada, onun ixracına iyulun 28-dən tətbiq edilən qadağaya baxmayaraq, Rusiyanın bir sıra regionlarında artıq benzin qıtlığı yaşanır. Zədələnmiş zavodların bərpası həftələr və ya aylar çəkə bilər ki, bu da qış ərəfəsində həm ölkə daxilində, həm də dünya bazarında yanacaq qıtlığına səbəb ola bilər.
Bu fonda dizel yanacağına güclü tələbat yaranması nəticəsində dünyadakı neft emalı zavodları yüksək gəlir götürürlər. “Reuters” agentliyinin məlumatına əsasən, Avropada dizel yanacağının emalı üzrə gəlir marjası bir barrel üçün 23,5 dollara çatıb ki, bu da ötən illə müqayisədə 40% çoxdur.
Rusiyadan dizel yanazağı tədarükünün azalması qlobal bazarda gərginliyi artırır ki, bu da xüsusilə ABŞ körfəzi sahilindəki neft emalı zavodları üçün emal gəlirliliyini daha da yüksəldə bilər. Avqustda Rusiyanın dəniz dizelinin ixracı iyuldakı 828 min barreldən gündəlik 744 min barrelə qədər azalıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri