Icma.az
close
up
RU
Rəvan Həsənov: Multikulturalizm və tolerantlıq cəmiyyətin inkişafı üçün əvəzsiz dəyərlərdir

Rəvan Həsənov: Multikulturalizm və tolerantlıq cəmiyyətin inkişafı üçün əvəzsiz dəyərlərdir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 may, AZƏRTAC

Multikulturalizm və tolerantlıq cəmiyyətin inkişafı, sabitliyi və həmrəyliyi üçün əvəzsiz dəyərlərdir. Bu ideologiyaların mahiyyəti insan haqlarına hörmət, müxtəlifliyin dəyər kimi qəbul edilməsi və birlikdə yaşama mədəniyyətidir. Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ölkəmizdə müxtəlif millətlərin nümayəndələri yüzillərdir ki, dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşayırlar. Dövlət onların dil, din və mədəni hüquqlarını qoruyur. Azərbaycanda, həmçinin etnik azlıqların məktəbləri, mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Dillər Universitetində keçirilən “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda VIII Beynəlxalq elmi konfransın açılış mərasimində deyib.

O diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan müxtəlif etnik və dini icmaların dinc birgəyaşayışının təmin edildiyi ölkə olaraq formalaşdı. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmizdə həm milli, həm dini tolerantlıq prinsipləri qorundu və inkişaf etdirildi. “Dahi rəhbər hər zaman vurğulayırdı ki, Azərbaycanın gücü onun müxtəlifliyindədir. Bu gün Azərbaycan ərazisində 30-dan çox etnik azlıq sülh və əmin-amanlıq şəraitində yaşayır. Hər bir xalqın mədəniyyəti, dili və dini sərbəst şəkildə qorunur və inkişaf etdirilir. Bu yanaşma multikulturalizmin bir dəyər kimi dövlət səviyyəsində qəbul edilməsinin bariz nümunəsidir”,- deyə R.Həsənov əlavə edib.

İcraçı direktor bildirib ki, Heydər Əliyevin tolerantlıq ideologiyası təkcə daxili siyasətlə məhdudlaşmır, eyni zamanda, Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır, ölkəmiz dünyada müxtəlif dinlərin və mədəniyyətlərin dialoqu üçün etibarlı platforma kimi qəbul edilir.

Rəvan Həsənov vurğulayıb ki, Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin multikulturalizm siyasəti, ölkədə sülhü və həmrəyliyi təmin edir, eyni zamanda, Azərbaycanın dünyada tolerantlıq və mədəni müxtəliflik simvolu kimi tanınmasına imkan yaradır. Bu siyasət yalnız sözlə deyil, real addımlar və davamlı proqramlarla həyata keçirilir, ölkənin gələcək inkişaf strategiyasında da mühüm yer tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri