Rəvanla ailə qurmasının səbəbini dedi: “Mənim üçün önəmli olan...”
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Rəvan Qarayevin xanımı Səbinə Nurəliyeva onunla ailə qurmaq qərarına necə gəldiyindən danışıb.
“Yeni Sabah” xəbər verir ki, pediatr-nevroloq “İncə səhər” verilişində müğənni ərinin xarakterinin və şəxsi keyfiyyətlərinin münasibətlərində mühüm rol oynadığını bildirib:
“Rəvanın keyfiyyətləri mənim üçün önəmli idi. Onun xarakteri, xasiyyəti həm mənim peşəmə, həm öz xarakterimə, həm də sərhədlərimə uyğun olmasaydı, əlbəttə ki, münasibətimiz olmazdı”. Marqarita pizza
S.Nurəliyeva qeyd edib ki, ərinin müğənni olması onun üçün əsas meyar deyil:
“Rəvan müğənni olsa da, o, hər şeydən əvvəl bir insandır. Onun müğənni olması münasibətimizə təsir edən əsas amil deyil. Bəzən insanlar müğənniləri və ya müəyyən peşə sahiblərini qeyri-ciddi hesab edə bilərlər. Amma onlar da insandırlar, onlarla da münasibət qurmaq, ailə həyatı yaşamaq mümkündür. Mən də sanki bunun mümkün olduğunu göstərdim. Sadəcə, bəzən cəmiyyət belə münasibətləri qəbul etməkdə çətinlik çəkir. Məsələn, həkim mütləq həkimləmi ailə qurmalıdır? Belə bir qayda və ya tələb yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 21 Oktyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















