Icma.az
close
up
RU
Revanşistlər Bakıya YENƏ dil uzatdı Paşinyan devrilsə...

Revanşistlər Bakıya YENƏ dil uzatdı Paşinyan devrilsə...

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Radikal müxalifət düşərgəsini təmsil edən “Şant” blokunun sədri Şahen Arutyunyan Qars müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirməyə çağırış edib. Arutyunyana görə, “artıq əvvəlki kimi yaşamağa və səhvləri təkrarlamağa davam etmək mümkün deyil”.

Onun sözlərinə görə, qarşıdakı seçkilər ermənilərin öz vətənlərində yaşaya biləcəklərini və gələcək məqsədlərini müəyyən edəcək: “Müstəqillik danışıqlar yolu ilə həll edilə bilməz. Bu, dövlətin təməlidir. Ermənistanın maraqlarına zərər verən Qars müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirmək məsələsini qaldırmaq zamanıdır”.

Ardınca o, bu məsələləri görməzdən gəlməyin gələcək risklər yaratdığını iddia edib. “Biz seçimlə üz-üzəyik: daha vacib olan müstəqillik, yoxsa yalançı sülh? Azadlıq, yoxsa təslimçilik? Şərəf, yoxsa təkəbbür? Ayağa qalxıb mübarizə aparmağın vaxtıdır”, - Arutyunyan izhar edib.

Yada salaq ki, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı, Ermənistan da imza atıb. Rusiyanın iştirakı ilə təsdiqlənən sənəddə Naxçıvanın ayrılmaz hissəsi olması ilə bağlı zəmanətin xüsusi yeri var. Qars müqaviləsinin hüquqi qüvvəsinin bitmə müddəti yoxdur, göstərilməyib. Yəni, o, yalnız bütün tərəflərin razılığı ilə ləğv oluna bilər.

Bu revanşist nə sayıqlayır belə?


Professor Qabil Hüseynliyə görə, 44 günlük müharibədə biabırçı məğlubiyyətdən sonra erməni cəmiyyəti özünə gələ bilməyib. Onun fikrincə, bu isterika özünü ən müxtəlif formalarda reaksiyalar və irəli sürülən absurd ideyalarla göstərir: "Adətən müharibənin vurduğu psixoloji zərbələrin təsiri onillərlə davam edə bilir. Bu, günahkar axtarmaq və daim ittiham etməyə qarşı tərəf tapmaq böhranı yaradır. Ermənilər beş ildən çoxdur ki, özlərini tapa bilmirlər. Ona görə gah növbəti müharibəyə hazırlaşmaqdan dəm vururlar, gah tarixi qurdalayıb istinad etməyə nəsə axtarırlar. Nəticədə belə sərsəm fikirlər meydana çıxır. Bu, cəmiyyətin məğlubiyyətdən sonra yaşadığı sindromdur".

Q.Hüseynli Qars müqaviləsi ilə bağlı irəli sürülən absurd fikri seçkiqabağı növbəti axmaq ideya kimi dəyərləndirir: "Erməni siyasətçiləri bilmirlər ki, seçiciyə xitab üçün daha nə etsinlər. Nəticədə özlərini gülünc vəziyyətə salır və rüsvay olurlar. Əslində, Qars müqaviləsi imzalananda o zaman da erməni hay-küy salmışdılar, narazılıq bildirmişdilər. O dövrün mətbuatında, xüsusən erməni qəzetlərində Qars müqaviləsi elə təqdim olunurdu ki, guya orada onların mənafeyinə uyğun bənd yoxdur. Ancaq onun ləğvi real deyil və tarix də göstərilməyib. Hətta 2-ci dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərdi. Hətta 2016-cı ildə bəzi rus deputatların müqavilənin ləğvi ilə bağlı tələbləri gündəmə gəlmişdi. Ancaq onu da deməliyəm ki, 2025-ci ildə Naxçıvan konstitusiyasına edilən dəyişiklik nəticəsində, Azərbaycan Qars müqaviləsinə Naxçıvan muxtariyyətinin əsası kimi istinadı ləğv edib. Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin konstitusiya əsaslarında həm 1921-ci ildə imzalanmış Moskva müqaviləsinə, həm də 1921-ci ilin oktyabr ayında imzalanmış Qars müqaviləsinə istinad edilirdi ki, bu da o dövrün gerçəklikləri ilə əlaqədar olmuşdu. Hazırda isə yeni reallıqlar başqadır. Ermənilər isə boşboğazlıq edirlər və bu mövzunu gündəmə gətirmək populizmdir". /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Aprel 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri