Icma.az
close
up
RU
Reytinq verən turnirlərin heç birində iştirak edə bilmirik MÜSAHİBƏ

Reytinq verən turnirlərin heç birində iştirak edə bilmirik MÜSAHİBƏ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Anar bəy, son illərdə Azərbaycanda karate idman növünün inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, hər hansı bir fəaliyyət proqramına düzgün qiymət vermək üçün sadəcə statistikaya nəzər salmaq kifayət deyil. Ona görə də mən real faktlara üz tutmaq istəyirəm. Bildiyimiz kimi, hər hansı bir idman növündə davamlı və yüksək nailiyyətlərin qazanılması üçün yeniyetmə və gənclərə yatırım edilməlidir. Bu, həm marağın artmasına, həm də idmanla məşğul olanların sayının çoxalmasına səbəb olur. Nəticədə rəqabət mühiti formalaşır və inkişaf təmin edilir.

Son illərə baxdıqda, statistik göstəricilərin aşağı düşdüyü açıq şəkildə görünür. Mən uzun müddətdir yeniyetmə və gənclərlə baş məşqçi kimi çalışdığım üçün bu yaş qrupundan nümunə göstərməyə üstünlük verirəm. Bir neçə il əvvəl bizim komandamız Avropa birinciliyindən 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq 49 ölkə arasında 3-cü yeri tuturdu. Dünya birinciliyində isə 2 qızıl və 2 bürünc medal əldə edərək 115 ölkə arasında 6-cı yerdə qərarlaşırdıq. Təəssüf ki, bu gün belə nəticələr artıq bir tarix olaraq qalır.

Eyni hal yalnız yeniyetmə və gənclər deyil, böyüklər arasında da müşahidə olunur. Komandamızda perspektivli idmançılar çoxdur. Lakin bu idmançıların davamlı uğur əldə etməsi üçün qabaqcıl ölkələrin karateçiləri ilə birgə təlim-məşq toplanışlarının keçirilməsi və beynəlxalq yarışlarda iştirak vacibdir. Təəssüf ki, bunun üçün maliyyə vəsaitimiz çatışmır.

2024-cü il ərzində Avropa və Dünya birinciliklərini nəzərə almasaq, yığma komanda olaraq yalnız bir beynəlxalq turnirdə 8 idmançı ilə iştirak etmişik. Cari ildə isə yeniyetmə və gənclər üçün keçirilən Avropa birinciliyindən başqa heç bir turnirdə iştirak etməmişik. 2026-cı ildə Dakar şəhərində keçiriləcək Gənclərin Yay Olimpiya Oyunlarına karate idman növü daxil edilsə də, reytinq verən turnirlərin heç birində iştirak edə bilmirik.

Son illərdə yeniyetmələrdən böyüklər kateqoriyasına keçən idmançılar arasında təxminən 10 Avropa çempionu, 2 dünya çempionu və çox sayda mükafatçılar yetişdirilib. Hazırda bu idmançılar böyüklər arasında öz güclərini sınayırlar. Lakin statistik göstəricilərə nəzər yetirdikdə, nəticələrin ürəkaçan olmadığını görürük.

- Karate idman növünün ölkə daxilində daha geniş yayılması üçün hansı addımlar atılmalıdır?

- Ümumiyyətlə, karate respublikamızda çox populyar idman növüdür. Bu idmanın daha da geniş vüsət alması üçün regionlarda yarışların təşkili, region komandalarında olan perspektivli idmançıların yığma komandanın təlim-məşqlərində iştirakını təmin etmək vacibdir. Bunun üçün isə Bakıda onların yataq və yeməklə təmin olunması, təlim-məşqlər zamanı təhsil ilə bağlı icazələrin alınması lazımdır. Hazırda isə bu məsələlər, xüsusilə Dünya və Avropa çempionatlarına yollanan idmançılar üçün çox çətinlik yaradır. Bu istiqamətdə bir sıra mühüm addımlar atmaq mümkündür.

- Anar bəy, karate üzrə beynəlxalq arenalarda əldə olunan uğurlar bu idman növünün inkişafına necə təsir göstərir?

- Sözsüz ki, beynəlxalq arenada qazanılan uğurlar hər bir idman növünün, o cümlədən karate idmanının inkişafına birbaşa təsir göstərir. Belə nailiyyətlər yalnız idmançının fərdi zəfəri kimi deyil, bütövlükdə ölkənin idman potensialının göstəricisi kimi qiymətləndirilir. Lakin bu uğurların geniş ictimaiyyətə düzgün və dolğun şəkildə çatdırılması da az önəm daşımır.

Uğur qazanan idmançıların fəaliyyətinin Kütləvi İnformasiya Vasitələrində (KİV) və sosial şəbəkə platformalarında işıqlandırılması, onların cəmiyyətə tanıdılması həm həmin idmançıya dəstək xarakteri daşıyır, həm də karateyə olan marağın artmasına xidmət edir. Bu, xüsusilə gənclər və yeniyetmələr üçün motivasiyaedici amil kimi çıxış edir. Onlar uğurlu idmançıları özlərinə nümunə götürərək bu sahəyə maraq göstərməyə başlayırlar.

Buna görə də karate üzrə beynəlxalq yarışlarda nəticə verən idmançıların mütəmadi olaraq ictimaiyyətə təqdim edilməsi, onların uğurlarının mediada və sosial şəbəkələrdə geniş şəkildə əks etdirilməsi bu idman növünün ölkə üzrə daha da inkişaf etməsinə mühüm töhfə verə bilər.

- Bəs gənclər və yeniyetmələr arasında karateyə marağı artırmaq üçün hansı təşviqedici tədbirlər həyata keçirilməlidir?

- Fikrimcə, yığma komandanın xarici yarışlarda göstərdiyi nailiyyətlər və bu uğurların ictimaiyyətə çatdırılması təkcə informasiya ötürmək deyil, həm də ciddi təbliğat və təşviqat işidir. Belə nailiyyətlərin mediada, televiziya kanallarında, sosial şəbəkələrdə və digər informasiya vasitələrində işıqlandırılması bir tərəfdən cəmiyyətin diqqətini bu idman növünə yönəldir, digər tərəfdən isə gənclər arasında karateyə marağın artmasına səbəb olur. Uğurlu idmançıların tanıdılması, onların əzmkarlıqla əldə etdikləri nəticələrin nümunə kimi təqdim olunması, xüsusilə yeniyetmələr üçün motivasiya yaradır. Eyni zamanda bu, ölkə daxilində karate idman növünün nüfuzunu və sosial dəyərini artırmaqla yanaşı, beynəlxalq səviyyədə Azərbaycanın idman imicinin gücləndirilməsinə də xidmət edir. Bu baxımdan, uğurların sadəcə statistik rəqəm kimi deyil, geniş ictimaiyyət üçün maarifləndirici və təşviqedici alət kimi təqdim olunması olduqca vacibdir.

- Sizcə, karate idman növünün məktəblərdə dərs proqramına salınması bu sahəyə marağı artıra bilərmi?

- Dərs proqramlarına salınması, məncə, mümkünsüzdür. Bildiyim qədəri ilə məktəblərdə uşaqlara idman haqqında yalnız ümumi informasiya xarakterli məlumatlar verilir. Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsil Respublika İdman Mərkəzində — Bakıda 2, bölgələrdə isə Sumqayıtda 1, Gəncədə 2 və Xaçmazda idman məktəbində karate bölmələri fəaliyyət göstərir.

Karate idmanı ilə bütün regionlarımızda kifayət qədər idmançılar və mütəxəssislər fəaliyyət göstərir. Bu baxımdan, bütün regionlarda fəaliyyət göstərən idman məktəblərində karate bölməsinin yaradılması bu idman növünün inkişafına müsbət təsir göstərə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri